Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Qurd dərəsi adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Qurd dərəsi adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 70kv.m. olan fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən köməkçi tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən evə və obyektə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb Yanğın nəticəsində köməkçi tikili yanıb, fərdi yaşayış evi və obyekt yanğından mühafizə edilib. Xəsarət alan olmayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


