Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhandan
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sudan xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və dost Azərbaycan xalqına davamlı tərəqqi, rifah və firavanlıq arzularımı çatdırmaqdan böyük m

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sudan xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və dost Azərbaycan xalqına davamlı tərəqqi, rifah və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram Bu əlamətdar gün Sudan Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən qardaşlıq əlaqələrinin dərinliyini və möhkəmliyini bir daha təsdiqləmək üçün gözəl fürsət yaradır Bu xoş fürsətdən istifadə edərək ölkələrimizin qarşılıqlı maraqlarına və ortaq məqsədlərinə xidmət edən ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində qətiyyətimi ifadə edirəm Zati-aliləri, ən yüksək ehtiramımı və dərin hörmətimi qəbul etməyinizi xahiş edirəm Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


