Məlumatlarınızı yerli buludda saxlayın – xərclərə qənaət edin!
Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” istifadəçilərə “işlədikcə ödə” modelini təklif edir “AZINCLOUD” İT xərclərini optimallaşdırarkən, ilkin sərmayə qoymadan, yalnız istifadə etdikləri resurslara görə ödəniş etmək imkanı verməklə bizneslərə maliyyə yükünü azaltmağa kömək edir

Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” istifadəçilərə “işlədikcə ödə” modelini təklif edir “AZINCLOUD” İT xərclərini optimallaşdırarkən, ilkin sərmayə qoymadan, yalnız istifadə etdikləri resurslara görə ödəniş etmək imkanı verməklə bizneslərə maliyyə yükünü azaltmağa kömək edir Ödəniş etmək üçün istifadəçilər platformada bank kartı məlumatlarını yalnız bir dəfə daxil etməlidirlər. Hər ayın sonunda istifadə olunan xidmətlərin həcminə əsasən müvafiq məbləğ avtomatik olaraq balansdan silinir. Eyni zamanda, hər bir müştəri şəxsi kabineti vasitəsilə ödəniş tarixçəsinə rahatlıqla nəzarət edə bilər. Bütün xidmətlər Azərbaycan interfeysində və manatla təqdim olunur və əlavə bank komissiyalarına ehtiyacı aradan qaldırır İstifadəçilər istənilən vaxt abunəliklərini ləğv etmək imkanlarına malikdirlər Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” AZCON Holdinqin şirkəti olan “AzInTelecom” MMC tərəfindən Avropanın iri bulud provayderlərindən biri olan “Gcore” ilə əməkdaşlıqda hazırlanıb “AZINCLOUD” platforması istifadəçilərə qabaqcıl məlumat təhlükəsizliyi, təkmilləşdirilmiş kibermüdafiə, tam idarə olunan infrastruktur və davamlı texniki dəstək təklif edir
.jpg&w=2048&q=70)

