İrandan ABŞ-a cavab: Bizimlə vuruşdular, nəticəsini gördülər
İranın xarici işlər naziri Abbas Erakçi Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRİKS Xarici İşlər Nazirləri Toplantısından sonra gündəmi dəyərləndirib. ABŞ prezidenti Donald Trampın müharibə ritorikasına qarşı uzaq və ləyaqətli mövqe nümayiş etdirən Erakçi hərbi metodların heç bir nəticə verməy

İranın xarici işlər naziri Abbas Erakçi Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRİKS Xarici İşlər Nazirləri Toplantısından sonra gündəmi dəyərləndirib. ABŞ prezidenti Donald Trampın müharibə ritorikasına qarşı uzaq və ləyaqətli mövqe nümayiş etdirən Erakçi hərbi metodların heç bir nəticə verməyəcəyini vurğulayıb "Biz bu təhdidlərə öyrəşmişik. Onlar uzun müddətdir ki, müxtəlif forma və üsullarla təhdidlərini təkrarlayırlar, lakin özləri bilirlər ki, bu təhdidlərdən, başladıqları müharibədən heç bir nəticə əldə etməyəcəklər". Məsələnin ancaq məntiq çərçivəsində həll oluna biləcəyini xatırladan nazir prosesi bu sözlərlə yekunlaşdırıb: "Onlar bizimlə 40 gün vuruşdular və nəticəsini gördülər. İranla hörmətlə danışanlar da eyni dildə cavab alacaqlar. Ümid edirəm ki, bu ritorikanı bir kənara qoyub məntiqə üz tutacaqlar. Onların məntiqə üz tutacağı gözlənilməsə də, bilməlidirlər ki, bu yolla heç bir nəticə əldə etməyəcəklər Erakçinin açıqlamalarında digər mühüm mövzu isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. İranlı nazir bildirib ki, ABŞ və İsrailin hücumları zamanı BƏƏ-nin öz hava məkanından və ərazisindən istifadə etdiyini göstərən konkret məlumatlar var Mövzunun BRİKS toplantısında da gündəmə gətirildiyini bildirən Erakçi deyib: "Birləşmiş Ərəb Əmirlikləri bu müharibədə ABŞ-ın tərəfində olub və qurban rolunu oynayıb ərazisinə hücum edildiyini deyə bilməz. İran yalnız Əmirliklər ərazisindəki Amerika hədəflərinə hücum edib. Mən BRİKS-in iclasında da bu məsələni qaldırmışam" Regional əməkdaşlığa vurğu edən Erakçi qonşuluq hüququna diqqət çəkərək, həll yolunun xarici güclərdə axtarılmaması lazım olduğunu bildirib. Gələcəyə baxışı strateji qiymətləndirən nazir aşağıdakı qiymətləndirməni edib: "Biz və Birləşmiş Ərəb Əmirlikləri qonşuyuq, keçmişdə birlikdə yaşamışıq və gələcəkdə də birlikdə yaşamalıyıq. Ona görə də öz perspektivimizi dəyişməliyik və təhlükəsizliyi xarici ölkələrlə deyil, bir-birimizlə əməkdaşlıqda görməliyik"


