Azərbaycanın Xorvatiyaya nə qədər neft tədarük etdiyi məlum olub
Yanvar-aprel aylarında Azərbaycandan Xorvatiyaya 162,7 milyon ABŞ dolları dəyərində 276,3 min ton xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac edilib Day.Az Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu rəqəm dəyər ifadəsin

Yanvar-aprel aylarında Azərbaycandan Xorvatiyaya 162,7 milyon ABŞ dolları dəyərində 276,3 min ton xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac edilib Day.Az Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu rəqəm dəyər ifadəsində 76 milyon ABŞ dolları və ya 31,8%, həcmdə isə 152,1 min ton və ya 35,5% azalıb Ötən ilin yanvar-aprel aylarında Azərbaycandan Xorvatiyaya 238,7 milyon dollar dəyərində 428,4 min ton neft və neft məhsulları ixrac edilib Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard 403 milyon ABŞ dolları təşkil edib Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9% çoxdur Ümumi xarici ticarət dövriyyəsinin 11,9 milyard dolları ixrac, 5,5 milyard dolları isə idxal edilib. Son bir ildə ixrac 3,1 milyard dollar (35,2%) artıb, idxal isə 2,6 milyard dollar (32,1%) azalıb Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

