ABŞ və Çin Hörmüzün taleyini həll ediblər - yenilənib 02:05
ABŞ və Çin heç bir ölkənin Hörmüz boğazından keçid üçün rüsum tələb etməməsi barədə razılığa gəliblər. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir Departamentin aydınlaşdırdığı kimi, müvafiq razılıq aprelin 30-da ABŞ dövlət katibi Marko Rubio ilə Çinin xarici işlər naziri Vanq Yi arası

ABŞ və Çin heç bir ölkənin Hörmüz boğazından keçid üçün rüsum tələb etməməsi barədə razılığa gəliblər. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir Departamentin aydınlaşdırdığı kimi, müvafiq razılıq aprelin 30-da ABŞ dövlət katibi Marko Rubio ilə Çinin xarici işlər naziri Vanq Yi arasında telefon danışığı zamanı əldə olunub. Dövlət Departamenti bu məlumatı ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Tszinpin arasında İran dosyesinin müzakirə olunacağı Pekində keçiriləcək sammiti ərəfəsində yayıb Dövlət Departamentinin sözçüsü Tommy Piggott, "Onlar razılaşdılar ki, heç bir ölkə və ya qurum Hörmüz boğazı kimi beynəlxalq su yollarından keçid üçün ödəniş tələb edə bilməz" Çinin Vaşinqtondakı səfirliyi bu məlumatı təkzib etməyib, sadəcə qeyd edib ki, boğazdan maneəsiz keçidin təmin edilməsi beynəlxalq ictimaiyyətin ümumi maraqlarına cavab verir İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref Tehranın Hörmüz boğazı ilə bağlı iddialarının artıq müzakirə mövzusu olmadığını deyib və İslam Respublikasının strateji əhəmiyyətli su yolu ilə bağlı getdikcə daha iddialı ritorikasını vurğulayır İranın İSNA xəbər agentliyinin məlumatına görə, Aref “Hörmüz boğazına hüququmuz müəyyən edilib və bu məsələ bağlanıb” deyib Aref əlavə edib ki, İranın əvvəlki planları sanksiyalara və rəqiblərin təzyiqinə yönəlmişdi, lakin indi siyasətçilər “ölkəmizin və regionumuzun təhlükəsizliyi və rifahına” diqqət yetirməlidirlər Bu arada ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib ki, ABŞ İranla məhsuldar danışıqlar aparmağa çalışır və irəliləyiş olduğuna inanır "Biz [İranla] məhsuldar dialoq aparmağa çalışırıq. İnanıram ki, danışıqlarda irəliləyiş əldə edirik", - Vans jurnalistlərə deyib İranın keçmiş əmək naziri Höcətullah Abdolmaleki deyib ki, İran və ABŞ arasında müharibə "bitməyəcək" və illərcə davam edəcək O, ABŞ-ın dəniz qüvvələrinin İrana qarşı blokadasını əsasən psixoloji adlandırıb "Düşmən dəniz blokadası ilə bizə problem yarada bilməz və əsasən psixoloji təsirdən istifadə edir", - Abdolmaleki deyib


