Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimləri
Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı birləşmələrinin iştirak etdiyi “Qafqaz Qartalı - 2026” birgə taktiki-xüsusi təlimlərinin açılış mərasimi olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb Məlumata görə, tədbirdə Azərbaycan

Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı birləşmələrinin iştirak etdiyi “Qafqaz Qartalı - 2026” birgə taktiki-xüsusi təlimlərinin açılış mərasimi olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb Məlumata görə, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşeliyin nümayəndələri, eləcə də digər iştirakçı ölkələrdən yüksək vəzifəli qonaqlar iştirak ediblər Əvvəlcə Azərbaycanın, Gürcüstanın və Türkiyənin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, üç ölkənin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə çıxış edənlər bu cür təlimlərin birgə fəaliyyətin planlaşdırılmasında və təcrübə mübadiləsinin aparılmasında mühüm rol oynadığını vurğulayıblar, həmçinin iştirakçılara uğurlar arzulayıblar. Üç tərəfdaş ölkə arasında regionda təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bu təlimlərin bölmələrin döyüş hazırlığının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib


