ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
ABŞ-ın dövlət borcunun sürətlə artması gələcəkdə bütün dünyada kreditlərin bahalaşmasına səbəb ola bilər Publika.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşrinə danışan ekspertlər xəbərdarlıq ediblər Bildirilir ki, may ayında ABŞ-nin dövlət borcu 39,2 trilyon dollara (66 trilyon 640 milyard Azərb

ABŞ-ın dövlət borcunun sürətlə artması gələcəkdə bütün dünyada kreditlərin bahalaşmasına səbəb ola bilər Publika.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşrinə danışan ekspertlər xəbərdarlıq ediblər Bildirilir ki, may ayında ABŞ-nin dövlət borcu 39,2 trilyon dollara (66 trilyon 640 milyard Azərbaycan manatı) çatıb. Bu isə bir ay ərzində 240 milyard dollarlıq (408 milyard Azərbaycan manatı) artım deməkdir. Həmin dövrdə borcun xidmət göstərilməsi üzrə orta faiz dərəcəsi 3,35 faiz olub Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2031-ci ilə qədər ABŞ-nin dövlət borcu ölkənin ümumi daxili məhsulunun 142 faizinə yüksələcək Ekspertlərin fikrincə, əsas risk ABŞ dövlət istiqrazlarının daha yüksək gəlirlilik təqdim etməsi ilə bağlıdır. Bu halda investorlar pullarını digər ölkələrdən çıxarıb ABŞ aktivlərinə yönəldə bilər Məsələni şərh edən iqtisadçı Mixail Qordiyenko bildirib ki, başqa ölkələr faiz dərəcələrini aşağı salsa, investorlar ABŞ dövlət borcuna üstünlük verəcək. Bu isə milli valyutaların zəifləməsi, kapital axını və idxal inflyasiyasının artması ilə nəticələnə bilər “Qazprombank”ın Bazar Strategiyaları Mərkəzinin rəhbəri Yeqor Susinin sözlərinə görə, dollar hələ də qlobal maliyyə sistemində əsas valyuta olaraq qalır Onun sözlərinə görə, dünya üzrə əməliyyatların, valyuta ehtiyatlarının, ödənişlərin, investisiyaların və borcların böyük hissəsi dollarla formalaşdığı üçün ABŞ-da faizlərin və gəlirliliyin artması digər regionlara da təsirsiz ötüşmür Mütəxəssislər hesab edirlər ki, ABŞ-da dövlət borcunun artmasının əsas səbəbləri xroniki büdcə kəsiri, borcların yenidən maliyyələşdirilməsinin bahalaşması və məcburi dövlət xərclərinin yüksəlməsidir Rusiya Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin eksperti Roman Volkov qeyd edib ki, bu problem uzun illərdir davam edir və administrasiya xərcləri azaltmaq üçün sərt qərarlar qəbul etməkdə çətinlik çəkir. Onun fikrincə, Donald Tramp tərəfindən tətbiq edilən idxal rüsumları da büdcəyə əlavə gəlir cəlb etmək cəhdi kimi qiymətləndirilə bilər Fermerlər üçün minimal əkin sahəsi müəyyən edildi Azərbaycan Əlcəzair ilə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə etdi Rubl ucuzlaşdı - MƏZƏNNƏ Ölkənin ən zəngin qadınından inanılmaz addım: Bir milyard dolları Maskın kosmik uğuru Səudiyyə şahzadəsinə milyardlar qazandırdı Vergi ödəyiciləri şikayət edərkən hansı səhvlərə yol verirlər? - VİDEO Ermənistanda NATO ilə birgə təlimlər başlayır Cennifer Lopez 20 illik illüziyanı dağıtdı - tamamilə fərqlənir Mbappe yeni rekorda imza atdı Günün ULDUZ FALI - Xırda mübahisələr böyüyə bilər Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu Mükəmməl səhər yeməyinin FORMULU AÇIQLANDI Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı Müəllimi Putinə MƏSLƏHƏT VERDİ - “Özünə sübut etməyə çalış ki...”


