Sumqayıtda “Gənc xilasedicilər və yanğınsöndürənlər” yarışları - foto; video
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər regional mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” XIII Respublika müsabiqəsinin zona mərhələsini keçirmişdir Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Elm və Təhsil Nazirliyinin dəstəyi, Fövqəladə Hallar Nazirliyinin tə

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər regional mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” XIII Respublika müsabiqəsinin zona mərhələsini keçirmişdir Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Elm və Təhsil Nazirliyinin dəstəyi, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi məktəblilərin fövqəladə hallar zamanı fəaliyyət göstərməyə fiziki və intellektual hazırlığını yoxlamaq, şagirdlərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyət hissini artırmaq, o cümlədən gənc nəslə sağlam həyat tərzini aşılamaqdan ibarətdir Dövlət Himninin səsləndirilməsi ilə başlayan müsabiqədə Sumqayıt regional mərkəzinin xidmət sahəsinə daxil olan şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər Müsabiqə iki mərhələdə baş tutub: “Kombinə edilmiş atəş estafeti” və “Maneeler zolağı”. Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə görə birinci yeri Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəb; ikinci yer - Xızı rayonu, Yeni Yaşma kənd tam orta məktəbi; üçüncü yer - Xızı rayonu, Qılyazı kənd tam orta məktəbi Qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” müsabiqəsinin respublika finalında iştirak etmək hüququ qazanıb


