Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO
Sərsəng su anbarı işğaldan azad olunandan sonra Tərtər və ətraf rayonların suvarma suyu ilə təminatı yaxşılaşıb AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Emil Hacıyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ iqtisadi rayonuna təşkil
Sərsəng su anbarı işğaldan azad olunandan sonra Tərtər və ətraf rayonların suvarma suyu ilə təminatı yaxşılaşıb AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Emil Hacıyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ iqtisadi rayonuna təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında deyib O bildirib ki, Sərsəng su anbarı 96 min 200 hektar əkin sahəsinə xidmət etmək üçün nəzərdə tutulub. İşğaldan azad olunandan sonra Suqovuşan su anbarı və uzunluğu 20,2 kilometr olan Sol sahil magistral kanalı əsaslı təmir olunub. Bu kanal vasitəsilə dörd rayon üzrə təxminən 60 min hektar əkin sahəsinə su verilir. Sağ sahil magistral kanalı bərpa olunandan sonra Ağdam və Ağcabədi rayonlarına da suyun verilişi təmin ediləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


