SOCAR-ın vitse-prezidenti: Yeni enerji tələbatı bizi qazdan elektrik istehsalı sahəsinə yönəldib
2035-ci ilə qədər SOCAR təkcə neft-qaz şirkəti deyil, balanslaşdırılmış portfeli olan enerji şirkətinə çevrilməyi hədəfləyir "APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan "Azərbaycan

2035-ci ilə qədər SOCAR təkcə neft-qaz şirkəti deyil, balanslaşdırılmış portfeli olan enerji şirkətinə çevrilməyi hədəfləyir "APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan "Azərbaycan İnvestisiya Perspektivləri Forumu"nda "Azərbaycanın yaşıl keçidini gücləndirmək: bərpa olunan enerji maliyyələşdirilə bilən bir imkan kimi" mövzusuna həsr olunmuş panel müzakirəsində bildirib "2050-ci ilə qədər isə net-zero (sıfıra yaxın emmisiya) şirkət olmağı hədəfləyirik. Bu öhdəliyi COP28 zamanı, 2023-cü ilin sonunda elan etmişdik." Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün üç əsas istiqamət var: "Birincisi, əsas fəaliyyətin dekarbonizasiyasıdır - metan emissiyalarının azaldılması layihələrinə başlamışıq və bu uğurla davam edir. İkincisi, təşkilati transformasiyadır. Üçüncüsü isə aşağı karbonlu bizneslərə girişdir. Bu məqsədlə 2024-cü ilin martında SOCAR Green şirkəti yaradılıb" "Biz ya bu sahədə bacarıqları daxildə uzun müddətdə inkişaf etdirə bilərdik, ya da Masdar, ACWA Power, Energy China, Power China, Lightsource BP kimi böyük və etibarlı tərəfdaşlarla əməkdaşlıq edərək prosesi sürətləndirə bilərdik. Biz ikinci yolu seçdik və hazırda bərpaolunan enerji və enerji səmərəliliyi layihələrini inkişaf etdiririk" - deyə o qeyd edib O həmçinin bildirib ki, bununla belə, yeni enerji tələbatı, xüsusilə AI və data mərkəzləri onları qazdan elektrik istehsalı (gas-to-power) sahəsinə də yönəldib: "Hökumətin tapşırığı ilə bu istiqamətdə layihələrə başlamışıq. Naxçıvanda layihə icra olunur, Türkiyədə 870 MVt gücündə elektrik stansiyası alınıb, Serbiyada isə 500 MVt gücündə yeni CCGT layihəsi inkişaf etdirilir. Bundan əlavə, daha çox layihələr gündəmdədir. Bu layihələr “yaşıl dəhlizlər” konsepsiyası ilə Orta Dəhlizlə inteqrasiya olunaraq enerji ixracını Avropa və regional bazarlara yönəltməyə xidmət edəcək"


