Slovakiyanın Ombudsmanı Bakıda - şəkil
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Slovakiyanın Ombudsmanı Robert Dobrovodski ilə görüşüb Görüşdə tərəflər Azərbaycan ilə Slovakiya arasında müxtəlif sahələrdə, o cümlədən insan hüquqları sahəsində əməkdaşlığı qeyd ediblər Səbinə Əliyeva iki ölkənin ombudsman tə

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Slovakiyanın Ombudsmanı Robert Dobrovodski ilə görüşüb Görüşdə tərəflər Azərbaycan ilə Slovakiya arasında müxtəlif sahələrdə, o cümlədən insan hüquqları sahəsində əməkdaşlığı qeyd ediblər Səbinə Əliyeva iki ölkənin ombudsman təsisatları arasında əlaqələrin həm birbaşa, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyini vurğulayıb O, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatlardan, bu sahədə səlahiyyətləri və cari işlərindən danışıb Xüsusən də milli qabaqlayıcı mexanizmin (MPM) fəaliyyəti müzakirə olunub. Səbinə Əliyeva qapalı müəssisələrdə öz istəkləri ilə oranı tərk edə bilməyən şəxslərin saxlanma şəraitinin və sağlamlıqlarının monitorinqi ilə bağlı məlumat verib Qeyd olunub ki, slovakiyalı həmkarının səfəri MPM-in işində təcrübə mübadiləsi və qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir Robert Dobrovodski qəbula görə təşəkkür edib və bəzi Azərbaycan təcrübəsinin öz ölkəsində tətbiqində maraqlı olduğunu bildirib Görüş iştirakçıları əməkdaşlıq perspektivlərini və digər ümumi mövzuları müzakirə ediblər Sonra Slovakiya Ombudsmanı Vətəndaşların Qəbulu Mərkəzinə baxış keçirib Səfər çərçivəsində Azərbaycanın məhkəmə, qanunvericilik və icra hakimiyyətlərində də görüşlər nəzərdə tutulub


