Tenqri
Ana Səhifə
Elm

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Müxtəlif elm sahələrində süni intellekt metodlarının tətbiqi, tədqiqat metodologiyalarının müasir çağırışlara uyğun yenilənməsi və keyfiyyətli elmi biliklərin əldə olunması məqsədilə ardıcıl və sistemli islahatlar aparılır Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti akademik Rasi

0 baxışazertag.az
Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir
Paylaş:

Müxtəlif elm sahələrində süni intellekt metodlarının tətbiqi, tədqiqat metodologiyalarının müasir çağırışlara uyğun yenilənməsi və keyfiyyətli elmi biliklərin əldə olunması məqsədilə ardıcıl və sistemli islahatlar aparılır Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev deyib. Akademikin sözlərinə görə, süni intellekt texnologiyalarının sürətli inkişafı ənənəvi olaraq insan təfəkkürünə məxsus olan qavrama, qərar qəbuletmə, seçimetmə, proqnozlaşdırma və təhlil kimi funksiyaların yerinə yetirilməsinə imkan yaradır. Bu isə dövlət, cəmiyyət və biznes strukturları üçün geniş imkanlar açmaqla yanaşı, müəyyən risk və çağırışlar da formalaşdırır O bildirib ki, biznes mühitində süni intellekt əmək bazarının transformasiyasına, yeni peşələrin və iqtisadi dəyərlərin yaranmasına təkan verir. Eyni zamanda, toplanmış məlumatlar strateji resurs kimi çıxış edərək qərarların qəbulunda mühüm rol oynayır. Bu amillər yerli süni intellekt təşəbbüsləri üçün həm daxili bazarda, həm də qlobal miqyasda rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətli imkanlar yaradır Rasim Əliquliyev vurğulayıb ki, qarşıda duran əsas vəzifələrdən biri milli süni intellekt suverenliyinin təmin edilməsidir. Onun sözlərinə görə, süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialının gücləndirilməsinə, rəqabətədavamlı milli süni intellekt modelləri və alqoritmlərinin hazırlanmasına, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və iqtisadi dayanıqlılığın artırılmasına xidmət edən texnoloji məhsulların yaradılması kimi mühüm istiqamətləri əhatə edir Akademik qeyd edib ki, hazırda ölkədə süni intellekt sahəsində institusional təşəbbüslər genişlənməkdədir. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında, eləcə də Elm və Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən elmi qurumlar və ali təhsil müəssisələrində müxtəlif layihələr həyata keçirilir. Müxtəlif elm sahələrində süni intellekt metodlarının tətbiqi, tədqiqat metodologiyalarının müasir çağırışlara uyğun yenilənməsi və keyfiyyətli elmi biliklərin əldə olunması məqsədilə ardıcıl və sistemli islahatlar aparılır. Bu proses ölkədə innovativ ekosistemin inkişafına və elmi fəaliyyətin səmərəliliyinin artırılmasına mühüm töhfə verir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler