Şoyqu ŞƏT-ə üzv dövlətlərin katiblərinin görüşündə iştirak etmək üçün Bişkekə gəlib
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin müvafiq strukturlarının 21-ci iclasında iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə gəlib TASS xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin müvafiq strukturlarının 21-ci iclasında iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə gəlib TASS xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb İştirakçılar terrorizm və ekstremizmə, silah və narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə və transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəklər Bundan əlavə, Şoyqu görüş zamanı çıxış edərək beynəlxalq təhlükəsizlik sahəsində vəziyyəti dəyərləndirəcək. Qeyd olunur ki, Rusiya “ŞƏT formatında əməkdaşlığın gücləndirilməsinə və təşkilatın dünyada rolunun və nüfuzunun artırılmasına böyük əhəmiyyət verir”


