Şimali Koreya Yapon dənizinə doğru raket atdı
Şimali Koreya çərşənbə günü Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket atıb Bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb Birləşmiş Qərargah Rəislərinin (JCS) məlumatına görə, atışlar təxminən səhər saat 8:50-də Vonsan bölgəsindən qeydə alınıb və raket

Şimali Koreya çərşənbə günü Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket atıb Bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb Birləşmiş Qərargah Rəislərinin (JCS) məlumatına görə, atışlar təxminən səhər saat 8:50-də Vonsan bölgəsindən qeydə alınıb və raketlər təxminən 240 kilometr uçub. Bu, Şimali Koreyanın bu il dördüncü təsdiqlənmiş ballistik raket buraxılışıdır JCS bildirib ki, ordu Şimali Koreyanın hərəkətlərini yaxından izləyir və ABŞ-la güclə cavab verməyə hazırdır. Atışa hazırlıq əvvəlcədən kəşfiyyat tərəfindən izlənilib Buraxılış Şimali Koreyanın Pxenyan ərazisindən hədəfə çata bilməyən naməlum mərmi atmasından bir gün sonra baş verib


