Tenqri
Ana Səhifə
Dünya

Şimali Koreya elan etdi: "Məsələ bağlanıb"

Şimali Koreya nüvə dövləti olaraq qalacaq, ölkənin nüvəsizləşdirilməsi məsələsi bağlanıb, Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər verir ki, bu barədə Respublika Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb Məlumata görə, XİN-in bəyanatı ABŞ və onun müttəfiqlərinin son hərəkətləri

0 baxışhaqqin.az
Şimali Koreya elan etdi: "Məsələ bağlanıb"
Paylaş:

Şimali Koreya nüvə dövləti olaraq qalacaq, ölkənin nüvəsizləşdirilməsi məsələsi bağlanıb, Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər verir ki, bu barədə Respublika Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb Məlumata görə, XİN-in bəyanatı ABŞ və onun müttəfiqlərinin son hərəkətlərinə “cavab” olub. Pxenyanda qeyd edildiyi kimi, Vaşinqton, Tokio və Seul sistematik olaraq Şimali Koreyaya qarşı “nüvə təhlükəsi ritorikasına əl atırlar”. Bununla əlaqədar olaraq, Respublika Xarici İşlər Nazirliyi nüvə tərksilahı ilə bağlı hər hansı söhbəti “gülünc və boş aldatma” adlandırıb Bundan əlavə, nazirlik nümayəndəsi ABŞ, Yaponiya və Cənubi Koreyanın “nüvə münaqişəsi şəklində kollektiv təxribatlarını”, habelə suveren dövlətlərə qarşı konstitusiyaya zidd hərəkətlər tətbiq etməyə çalışan Qərb ölkələrinin “təmiz niyyətlərini” pisləyib "Üç ölkə - ABŞ, Yaponiya və Cənubi Koreya - nə qədər mübahisə etsələr də, Koreya Xalq Demokratik Respublikasının nüvə dövləti statusunu heç vaxt dəyişdirə bilməyəcəklər. Heç kim zamanın axışında həmişəlik itirilən "nükleersizləşdirməni" geri qaytara bilməz", - mesajda deyilir

Kaynak: haqqin.az

Diğer Haberler