Tenqri
Ana Səhifə
Siyasət

Serbiya telekanalı Qobustandan sujet hazırlayıb

Serbiyanın "Newsmax Balkans" telekanalı Qobustan Milli Tarixi-Bədii Qoruğundan sujet hazırlayıb "Report"un Balkan bürosu xəbər verir ki, Serbiyanın "AirSerbia" aviaşirkətinin Belqrad-Bakı ilk birbaşa reysi ilə Bakıya gələn bir qrup jurnalist Azərbaycanın tarixi yerlərini ziyarət ediblər Bu çərçivə

0 baxışreport.az
Serbiya telekanalı Qobustandan sujet hazırlayıb
Paylaş:

Serbiyanın "Newsmax Balkans" telekanalı Qobustan Milli Tarixi-Bədii Qoruğundan sujet hazırlayıb "Report"un Balkan bürosu xəbər verir ki, Serbiyanın "AirSerbia" aviaşirkətinin Belqrad-Bakı ilk birbaşa reysi ilə Bakıya gələn bir qrup jurnalist Azərbaycanın tarixi yerlərini ziyarət ediblər Bu çərçivədə Qobustandan hazırlanan materialda bildirilib ki, həmin qoruqda Qafqazda həyatın ən qədim izlərinə rast gəlinir: "Deyilənə görə, qayalar üzərində 20 min il əvvələ aid rəsmlər qorunub saxlanılır. Məhz buna görə də məkan bu gün UNESCO-nun Dünya İrsi siyahısına daxildir və Azərbaycanın ən mühüm tarixi nöqtələrindən biri hesab olunur" Sujetdə daha sonra Azərbaycanın palçıq vulkanları ilə zəng olduğu vurğulanıb: "Adi vulkanlardan fərqli olaraq, bu vulkanlar lava deyil, yerin dərinliklərindən təzyiqlə çıxan soyuq palçıq və qaz püskürür. Məhz bu təbiət hadisəsi Azərbaycanın həm neft, həm də qaz baxımından olduqca zəngin olması ilə əlaqələndirilir" https://www.instagram.com/reel/DYCuZJyixV4/?igsh=MWI4Z2hodG15MnN0eg== Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler