Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycanda gənclər siyasəti: geniş perspektivlər açan uğurlu addımlar

Ötən əsrin 90-cı illərinin ortalarından etibarən Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib. Bu siyasət gənclərin potensialının üzə çıxarılması, onların cəmiyyətin fəal üzvlərinə çevrilməsi və dövlət idarəçiliyində

0 baxış525.az
Azərbaycanda gənclər siyasəti: geniş perspektivlər açan uğurlu addımlar
Paylaş:

Ötən əsrin 90-cı illərinin ortalarından etibarən Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib. Bu siyasət gənclərin potensialının üzə çıxarılması, onların cəmiyyətin fəal üzvlərinə çevrilməsi və dövlət idarəçiliyində iştirakının genişləndirilməsi məqsədini daşıyır Müasir dövrdə Azərbaycanda gənclərlə bağlı dövlət siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət çərçivəsində gənclərin təhsili, məşğulluğu, vətənpərvərlik ruhunda tərbiyəsi və beynəlxalq arenada təmsil olunması xüsusi diqqət mərkəzində saxlanılır Azərbaycan dövləti gənclərin keyfiyyətli təhsil alması üçün geniş imkanlar yaradıb. Müxtəlif dövlət proqramları vasitəsilə minlərlə azərbaycanlı gənc xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Eyni zamanda, ölkə daxilində ali təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, innovativ tədris metodları tətbiq olunmağa başlanıb Gənclərin məşğulluq səviyyəsinin artırılması da dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu məqsədlə müxtəlif startap layihələrinə dəstək göstərilir, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması təşviq olunur. Azərbaycan Respublikasının Gənclər Fondu və digər qurumlar tərəfindən həyata keçirilən layihələr gənclərin ideyalarının reallaşmasına geniş şərait yaradır. Bununla yanaşı, gənclərin ictimai-siyasi fəallığının artırılması istiqamətində də mühüm addımlar atılır. Gənclər təşkilatları, könüllülük hərəkatları və müxtəlif forumlar vasitəsilə onların cəmiyyət həyatında rolu daha da güclənir. Xüsusilə beynəlxalq tədbirlərdə Azərbaycan gənclərinin fəal iştirakı ölkənin müsbət imicinin formalaşmasına töhfə verir Nəticə etibarilə, Azərbaycanın uğurlu gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafına, onların milli və ümumbəşəri dəyərlər əsasında formalaşmasına xidmət edir. Bu siyasət ölkənin gələcək inkişafının əsas təminatlarından biri kimi çıxış edir Millət vəkili Sevinc Hüseynovanın dediyinə görə, gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir: "Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, yaradıcı gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, gücünə, istedadına inam hissi artıb. Belə ki, Prezident İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə bir çox xüsusi əhəmiyyətə malik sənədlər təsdiq edilib. Həmin mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan mühüm qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. 1994-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Gənclər və İdman Nazirliyi müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətin əlaqələndirilməsində mühüm rol oynayıb. Gənclər siyasətinin mahiyyətini əks etdirən Qanunun qəbulu gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Ölkəmizdə 2007-ci ilin "Gənclər ili" elan olunması dövlətin bu kateqoriyaya olan münasibətinin bariz nümunəsi idi. Bu gün paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən "Gənclər evi" gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdirlər. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bu cür dövlət təsisatların prioritet vəzifəsidir. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə yaradılan "Gənclər evi" sosial xidmət müəssisələri şəbəkəsi genişlənməkdədir" Azərbaycan liderinin siyasətində gənclər, sadəcə, bir sosial qrup kimi deyil, həm də dövlətin strateji resursu olaraq qiymətləndirilir və onların inkişafı təhsil sistemi ilə birbaşa əlaqələndirilir. Belə yanaşma nəticəsində təhsil sahəsində həyata keçirilən islahatlar gənclərin hərtərəfli inkişafına xidmət edir, gənclər siyasəti isə təhsil vasitəsilə əldə olunan bilik və bacarıqların real həyatda tətbiqinə müvafiq zəmin yaradır. Nəticədə təhsil və gənclər siyasəti arasında üzvi bağlılıq formalaşır və bu, dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilir. Təhsil sisteminin davamlı şəkildə modernləşdirilməsi bu vəhdətin əsas elementlərindən biri kimi daim özünü qabarıq şəkildə büruzə verir Digər tərəfdən, gənclər siyasəti təhsil prosesinin davamı kimi çıxış edərək bu aktiv təbəqənin təmsilçilərinin cəmiyyətə inteqrasiyasını uğurla təmin edir. Xüsusən də gənclərin ictimai-siyasi fəallığının artırılması, onların liderlik bacarıqlarının inkişaf etdirilməsi və müxtəlif sosial layihələrdə iştirakı bu siyasətin mühüm istiqamətləri hesab olunur. O da olduqca mühümdür ki, sözügedən prosesdə təhsil vasitəsilə formalaşan bilik və dəyərlər praktik müstəvidə tətbiq olunur və gənclərin cəmiyyətin aktiv üzvlərinə çevrilməsi təmin edilir. Başqa sözlə, təhsil və gənclər siyasəti bir-birini tamamlayaraq möhtəşəm nəticələrin əldə edilməsinə gətirib çıxarır. Bunlara paralel olaraq, təhsildə innovativ təlim metodlarının tətbiqi gənclərin daha çevik və adaptiv fərdlər kimi formalaşmasında müsbət rol oynayır. Eyni zamanda gənclərin xaricdə təhsil alması və beynəlxalq təcrübə qazanması da həyata keçirilən siyasətin mühüm komponentidir Millət vəkili Fatma Yıldırım bildirir ki, müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir: "Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır" Fatma Yıldırımın dediyinə görə, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb: "Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Xüsusilə, gənclərimizin yüksək vətənpərvərlik ruhu vurğulanmalıdır. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bununla bağlı dediyi kimi: "Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər" Millət vəkili vurğulayıb ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər

Kaynak: 525.az

Diğer Haberler