İran-ABŞ razılaşması: Tehran Hörmüz üçün pul almayacaq - Fox News
İran ABŞ ilə razılaşmanın bir hissəsi olaraq Hörmüz boğazında gəmilərdən keçid haqqı almamağa razılaşıb. Bu barədə “Fox News” yüksək rütbəli amerikalı məmura istinadən məlumat yayıb Kanalın həmsöhbəti "Biz hesab edirik ki, razılaşdıq. Bu, əla və çox güclü müqavilədir" Onun sözlərinə görə, İran Hö

İran ABŞ ilə razılaşmanın bir hissəsi olaraq Hörmüz boğazında gəmilərdən keçid haqqı almamağa razılaşıb. Bu barədə “Fox News” yüksək rütbəli amerikalı məmura istinadən məlumat yayıb Kanalın həmsöhbəti "Biz hesab edirik ki, razılaşdıq. Bu, əla və çox güclü müqavilədir" Onun sözlərinə görə, İran Hörmüz boğazını ödənişsiz açacaq. Rəsmi qeyd edib ki, ABŞ-ın blokadası boğazın yenidən açılması ilə eyni vaxtda qaldırılacaq, sonrakı mərhələdə su yollarının minalardan təmizlənməsinə diqqət yetiriləcək Axios iyunun 12-də mənbələrə istinadən xəbər verir ki, ABŞ və İran anlaşma memorandumunun mətni üzərində razılığa gəliblər, lakin sənəd hələ də tərəflərdən yekun təsdiq almalıdır. Nəşrin yazdığına görə, İran nüvə silahı istehsal etməməyi və zənginləşdirilmiş uran ehtiyatları məsələsini həll etməyi öhdəsinə götürür. Sazişin elementlərindən biri BMT müfəttişlərinin nəzarəti altında uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması ola bilər. Memorandumda İranın nüvə proqramı ilə bağlı gələcək qərarların ayrıca saziş çərçivəsində qəbul edilməsi nəzərdə tutulur Razılaşma həmçinin Hörmüz boğazının gəmiçilik üçün dərhal açılmasını və 30 gün ərzində nəqliyyatın həcminin müharibədən əvvəlki səviyyəyə qaytarılmasını tələb edir. Buna cavab olaraq ABŞ İran limanlarının blokadasını qaldırmalıdır Axios həmçinin bildirib ki, boğazın açılmasından sonra İran 60 gün ərzində sanksiyalardan müvəqqəti azad ola və neft ixrac etmək imkanı əldə edə bilər. Razılaşmanın şərtləri yerinə yetirilərsə və gələcək danışıqlarda irəliləyiş əldə olunarsa, sanksiyaların yüngülləşdirilməsi genişləndirilə bilər Tərəflər İranın xaricdə dondurulmuş aktivləri ilə bağlı məsələni hələlik həll etməyiblər. Tehran sənədi imzaladıqdan sonra vəsaitin bir hissəsinə dərhal çıxış əldə etməyə çalışır, Vaşinqton isə sazişin şərtləri yerinə yetirildiyi üçün vəsaitlərin mərhələli şəkildə buraxılmasını təklif edir


