Tenqri
Ana Səhifə
Dünya

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı regional inteqrasiya və qadınların peşəkar inkişafı üçün yeni imkanlar yaradır AZƏRTAC xəbər verir ki, bunu “Women in TLP” təşkilatının Azərbaycan üzrə ölkə direktoru Səbinə Tanrıverdiyeva Özbəkist

0 baxışazertag.az
Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir
Paylaş:

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı regional inteqrasiya və qadınların peşəkar inkişafı üçün yeni imkanlar yaradır AZƏRTAC xəbər verir ki, bunu “Women in TLP” təşkilatının Azərbaycan üzrə ölkə direktoru Səbinə Tanrıverdiyeva Özbəkistanda “Women in TLP” platformasının rəsmi açılış mərasimində çıxışı zamanı deyib Onun sözlərinə görə, Azərbaycan əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu sayəsində yeni Avrasiya logistika zəncirlərinin formalaşmasında mühüm rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, dəmir yolu marşrutlarının və rəqəmsal logistika həllərinin inkişafı beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılmasına və regionun qarşılıqlı əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir Səbinə Tanrıverdiyeva bildirib ki, hazırda Mərkəzi Asiyanı, Qafqazı və Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yaxud Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edir. Onun fikrincə, qlobal ticarət marşrutlarının dəyişdiyi şəraitdə bu dəhlizin rolu getdikcə artır və region dövlətləri arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlavə imkanlar yaradır O vurğulayıb ki, Azərbaycan və Özbəkistan nəqliyyat-logistika əlaqələrinin inkişafında mühüm tərəfdaşlardır. Multimodal daşımaların genişləndirilməsi, logistika proseslərinin rəqəmsallaşdırılması və beynəlxalq ticarət prosedurlarının sadələşdirilməsi isə ikitərəfli əməkdaşlığa yeni təkan verə bilər “Women in TLP”nin fəaliyyəti barədə danışan Səbinə Tanrıverdiyeva qeyd edib ki, təşkilat nəqliyyat və logistika sahəsində qadınların daha fəal iştirakını təmin etmək üçün onların peşəkar bacarıqlarının inkişafına, təcrübə mübadiləsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə dəstək göstərir “Azərbaycan və Mərkəzi Asiya ölkələrindən olan qadınlar arasında peşəkar əlaqələrin genişlənməsi yeni tərəfdaşlıqların formalaşmasına və qabaqcıl təcrübələrin paylaşılmasına şərait yaradır. Bu isə nəqliyyat dəhlizlərinin sürətlə inkişaf etdiyi və regional ticarətin genişləndiyi indiki şəraitdə xüsusi əhəmiyyət daşıyır”, – deyə natiq bildirib. O, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən olan mütəxəssislərin səylərinin birləşdirilməsinin nəqliyyat-logistika sahəsində insan kapitalını gücləndirəcəyinə və regionun beynəlxalq rəqabət qabiliyyətini artıracağına əminliyini ifadə edib “Women in Trade Logistics Partnership” (Women in TLP) Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində ticarət, nəqliyyat və logistika sahələrində çalışan qadınları bir araya gətirən regional peşəkar platformadır. Təşəbbüs qadın liderliyinin inkişafına, peşəkar əməkdaşlığın genişləndirilməsinə və nəqliyyat-logistika sahəsində beynəlxalq təcrübə mübadiləsinin təşviqinə yönəlib Platformanın fəaliyyəti bir neçə əsas istiqaməti əhatə edir. Bunlara liderlik bacarıqlarının inkişafı, mentorluq, peşəkar yüksəlişə dəstək, beynəlxalq əlaqələrin genişləndirilməsi və region mütəxəssisləri arasında bilik mübadiləsi imkanlarının yaradılması daxildir Son illərdə “Women in TLP” Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində fəaliyyətini fəal şəkildə genişləndirir Platforma, həmçinin nəqliyyat dəhlizlərinin inkişafı, logistikanın rəqəmsallaşdırılması və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunan beynəlxalq forumlarda və ekspert müzakirələrində iştirak edir, qadınların qərarların qəbulunda və bu sahənin inkişafında daha geniş təmsil olunmasını təşviq edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler