Səidə Mirziyoyeva ABŞ-ın ticarət nazirinin müavini ilə görüşüb
Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva ABŞ-ın ticarət nazirinin müavini Devid Fogel ilə görüş keçirib. Mirziyoyeva görüş barədə öz Telegram kanalında yazıb Məlumata görə, görüşdə Özbəkistan və ABŞ arasında əməkdaşlıq, o cümlədən ticarət, investisiya və yeni tərəfdaşlıq

Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva ABŞ-ın ticarət nazirinin müavini Devid Fogel ilə görüş keçirib. Mirziyoyeva görüş barədə öz Telegram kanalında yazıb Məlumata görə, görüşdə Özbəkistan və ABŞ arasında əməkdaşlıq, o cümlədən ticarət, investisiya və yeni tərəfdaşlıq sahələri müzakirə olunub "Hazırda Amerikanın işgüzar dairələri ölkəmizdə investisiya və infrastruktur layihələrinə artan maraq göstərir. Bu diqqətin yaxın gələcəkdə konkret razılaşmalara, yeni iş yerlərinin açılmasına və iqtisadiyyat üçün geniş imkanlara çevrilməsi çox vacibdir", - deyə məlumatda bildirilir Söhbət zamanı iki ölkənin sahibkarları arasında qarşılıqlı faydalı dialoqun və praktiki əlaqələrin qurulmasına kömək edən Amerika-Özbəkistan Biznes və İnvestisiya Şurasının fəaliyyətinə xüsusi diqqət yetirilib Qeyd edək ki, Amerika-Özbəkistan Biznes və İnvestisiya Şurası bu il aprelin 6-da Vaşinqtonda rəsmi olaraq fəaliyyətə başlayıb. Məqsəd birgə biznes təşəbbüsləri üçün möhkəm institusional zəmin yaratmaqdır. Açılışda Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, ABŞ-ın Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və səfir Sergio Qor və Özbəkistanın ABŞ-dakı səfirliyinin müşaviri-elçisi, Prezident Administrasiyasının ABŞ-dakı nümayəndəsi Komil Allamjonov iştirak ediblər Bundan əvvəl Səidə Mirziyoyeva Özbəkistan və ABŞ-ın birgə investisiya platforması işə salmağı planlaşdırdığını bildirib


