"Sabah" Çempionlar Liqasında Almaniya təmsilçisi ilə üz-üzə gələcək
"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında bu gün ikinci matçına çıxacaq "Report" xəbər verir ki, Bakı təmsilçisi B qrupunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivi ilə üz-üzə gələcək Qarşılaşma Bosniya və Herseqovinanın Laktaşi şəhərindəki "SD Laktasi" idman salonunda

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında bu gün ikinci matçına çıxacaq "Report" xəbər verir ki, Bakı təmsilçisi B qrupunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivi ilə üz-üzə gələcək Qarşılaşma Bosniya və Herseqovinanın Laktaşi şəhərindəki "SD Laktasi" idman salonunda, Bakı vaxtı ilə saat 19:30-da start götürəcək Qeyd edək ki, komanda ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya 58:88 hesabı ilə məğlub olub Reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8-ci, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


