Saatlıda toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - VİDEO
Saatlıda toy karvanında avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunublar APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxu

Saatlıda toy karvanında avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunublar APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən “Tofas” və “Mercedes” markalı avtomobillərin sürücüləri Hüseyn Tağızadə və Zamin Mehdiyev saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, H.Tağızadə nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edib Hər iki sürücü barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, H.Tağızadə inzibati qaydada həbs olunub, Z.Mehdiyevin isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb


