Rutte təklif edib ki, NATO ölkələri Ukraynaya ÜDM-in 0,25%-ni ayırsın
NATO-nun baş katibi Mark Rutte alyansa üzv ölkələrə müraciət edərək, Ukraynaya dəstək üçün hər il ÜDM-nin 0,25%-ni ayırmağı təklif edib Bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb Nəşrin məlumatına görə, bu təşəbbüs aprelin sonunda NATO-dakı səfirlərin qapalı iclasında elan edilib. Tə

NATO-nun baş katibi Mark Rutte alyansa üzv ölkələrə müraciət edərək, Ukraynaya dəstək üçün hər il ÜDM-nin 0,25%-ni ayırmağı təklif edib Bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb Nəşrin məlumatına görə, bu təşəbbüs aprelin sonunda NATO-dakı səfirlərin qapalı iclasında elan edilib. Təklif dəstək alarsa, alyansın ayırdığı vəsaitin həcmi üç dəfə artaraq 143 milyard dollara çata bilər Qəzet yazır ki, bununla belə, bu ideya bir sıra müttəfiqlərdə, o cümlədən Fransa və Böyük Britaniyada skeptisizm yaradıb. Gələn həftə İsveçin Helsinqborq şəhərində NATO xarici işlər nazirlərinin görüşündə məsələnin yenidən müzakirəsi planlaşdırılır. Qərar qəbul etmək üçün blokun bütün iştirakçılarının razılığı tələb olunacaq


