Tenqri
Ana Səhifə
Dünya

Rusiya Zaporojjyaya hücum etdi: 5 nəfər yaralandı - QHA - Krım Xəbər Agentliyi

Rusiya iyunun 6-da səhər saatlarında Ukraynanın Zaporijjya bölgəsinə silahlı pilotsuz uçuş aparatları (PUA) ilə dəfələrlə hücumlar həyata keçirib. Hücumlar zamanı ən azı 5 nəfər yaralanıb, şəhərdə yanğınlar başlayıb və infrastruktura ziyan dəyib Zaporojye vilayətinin Hərbi Administrasiyasının rəhb

0 baxışqha.com.tr
Rusiya Zaporojjyaya hücum etdi: 5 nəfər yaralandı - QHA - Krım Xəbər Agentliyi
Paylaş:

Rusiya iyunun 6-da səhər saatlarında Ukraynanın Zaporijjya bölgəsinə silahlı pilotsuz uçuş aparatları (PUA) ilə dəfələrlə hücumlar həyata keçirib. Hücumlar zamanı ən azı 5 nəfər yaralanıb, şəhərdə yanğınlar başlayıb və infrastruktura ziyan dəyib Zaporojye vilayətinin Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov səhər saatlarında Rusiya ordusunun şəhəri ikinci dəfə hədəfə aldığını açıqlayıb. Fedorov bildirib ki, Rusiyaya məxsus PUA-nın çoxmənzilli binaların yerləşdiyi ərazidəki dayanacağa çırpılması nəticəsində yanğın baş verib və ilkin məlumatlara görə, bir qadın yaralanıb Daha sonra edilən açıqlamada, hücumlar nəticəsində 5 nəfərin tibbi yardım almaq üçün səhiyyə müəssisələrinə müraciət etdiyi bildirilib Digər tərəfdən, Rusiyanın hücumları nəticəsində kritik və sənaye infrastruktur obyektlərinə ziyan dəyib. İlkin ifadələrdə hücumdan sonra bir obyektdə işləyən iki nəfərlə əlaqənin kəsildiyi bildirilsə də, sonradan bu şəxslərin həyatını itirdiyi öyrənilib 24 SAAT İÇİNƏ 946 HÜCUM Zaporojye vilayətinin Hərbi Administrasiyasının məlumatına görə, Rusiya ordusu son 24 saat ərzində bölgədəki 55 yaşayış məntəqəsinə ümumilikdə 946 hücum həyata keçirib. Hücumlarda 2 nəfər ölüb, 5 nəfər yaralanıb Bildirilib ki, işğalçı Rusiya qüvvələri gün ərzində 30 hava hücumu həyata keçirib, 657 müxtəlif tipli PUA-dan istifadə edib, çoxlüləli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğuları ilə yüzlərlə hücum həyata keçirib Səlahiyyətlilər, hücumlar nəticəsində yaşayış evlərinə, infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə ziyan dəydiyini açıqlayıb və ümumilikdə 116 zərər hesabatı qeydə alınıb

Kaynak: qha.com.tr

Diğer Haberler