Tenqri
Ana Səhifə
İqtisadiyyat

Rusiya öz şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olmasını istəyir - ticarət nümayəndəsi (Exclusive)

BAKI, Azərbaycan, 4 iyun. Rusiya öz şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olmasında maraqlıdır, bu barədə Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov "Made in Russia" qala gecəsi çərçivəsində bildirib "Azərbaycan Rusiyanın Cənubi Qafqazda strateji tica

0 baxıştrend.az
Rusiya öz şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olmasını istəyir - ticarət nümayəndəsi (Exclusive)
Paylaş:

BAKI, Azərbaycan, 4 iyun. Rusiya öz şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olmasında maraqlıdır, bu barədə Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov "Made in Russia" qala gecəsi çərçivəsində bildirib "Azərbaycan Rusiyanın Cənubi Qafqazda strateji ticarət-iqtisadi tərəfdaşlarından biridir. Bu yaxınlarda Zəngilanda iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın strateji əməkdaşlığın istiqamətlərini əks etdirən sənədinin imzalanması bizim üçün əlamətdar hadisə oldu", - Hakimov bildirib Onun sözlərinə görə, prioritet istiqamətlərdən biri Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olmasıdır "Bizim yaxın gələcəkdə inkişaf etdirmək niyyətində olduğumuz strateji sahələr var. Sənaye, kənd təsərrüfatı və energetikanın inkişafı üçün əhəmiyyətli potensial var. Bunu qaz və elektrik sektorunu təmsil edən 30-dan çox Rusiya şirkətinin iştirak etdiyi bu yaxınlarda keçirilmiş Xəzər Neft və Qaz sərgisi də təsdiqləyir", - ticarət nümayəndəsi qeyd edib

Kaynak: trend.az

Diğer Haberler