Rusiya səfirliyi İrəvana çağırış etdi: Cavab gözləyirik
Rusiyanın Ermənistandakı səfirliyi Gümrüdə yerləşən “Ana Ermənistan” memorialının təhqir olunmasını “xuliqanlıq deyil, tarixi yaddaşa qarşı qəsdən hücum” kimi qiymətləndirib Publika.az xəbər verir ki, səfirliyin “Telegram” kanalında yayılan açıqlamada hadisəyə görə dərin narahatlıq ifadə olunub Bi

Rusiyanın Ermənistandakı səfirliyi Gümrüdə yerləşən “Ana Ermənistan” memorialının təhqir olunmasını “xuliqanlıq deyil, tarixi yaddaşa qarşı qəsdən hücum” kimi qiymətləndirib Publika.az xəbər verir ki, səfirliyin “Telegram” kanalında yayılan açıqlamada hadisəyə görə dərin narahatlıq ifadə olunub Bildirilib ki, memorial kompleksə qarşı həyata keçirilən hərəkətlər sadə xuliqanlıq kimi qiymətləndirilə bilməz, bu, ümumi tarixi yaddaşa və Böyük Vətən müharibəsində qələbə xatirəsinə qarşı yönəlmiş qəsdən təxribatdır Diplomatik nümayəndəlik Gümrü şəhər rəhbərliyi və ictimaiyyətin hadisəyə kəskin reaksiya verdiyini qeyd edərək, rəsmi İrəvandan baş verənlərin obyektiv qiymətləndirilməsini, günahkarların müəyyən edilərək məsuliyyətə cəlb olunmasını və oxşar halların qarşısının alınmasını gözlədiklərini bildirib Hadisə 10 iyun tarixində baş verib. Naməlum şəxslər memorial kompleksdə yerləşdirilən şəxslərin adlarının yazıldığı qızıl örtüklü hərfləri sökərək aparıblar. Daha sonra həmin hissələr ərazidəki zibil qutularında aşkar edilib. Hadisə nəticəsində daş plitələrdə zərbələrdən yaranan zədələr və deşiklər qeydə alınıb Gümrü Milli Heykəltəraşlıq Park-Muzeyinin direktoru Artur Gevorkyan hadisəni vandalizm aktı kimi qiymətləndirib. Onun sözlərinə görə, memorialdakı beşguşəli ulduzlar zədələnməyib, yalnız şəhər adları olan hissələrə ziyan vurulub. Gümrü bələdiyyəsi hadisəni pisləyib, polisə müraciət edib və artıq zədələnmiş hissələrin bərpasına başlanıldığını açıqlayıb Ermənistan hökumətində nazirlər dəyişəcək? - Paşinyan açıqladı Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi Ermənistanda seçki sonrası şok qərar: Onların ölkədən çıxışına qadağa qoyuldu Paşinyan bu deputatları “oğurlayacaq” - Parlament savaşı başlayır MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb Ermənistandakı seçkilərdə qanun pozuntusu faktı qeydə alındı - Partiya nümayəndəsi saxlanıldı Bu gecə İranı vuracağıq - Tramp Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi "Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək “Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb? Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI


