Tenqri
Ana Səhifə
Dünya

Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək

Rusiya Federasiya Şurası xarici vətəndaşların tibbi müayinədən keçmə müddətinin azaldılmasını və əmək miqrasiyası sahəsində nəzarətin gücləndirilməsini nəzərdə tutan qanunu təsdiqləyib AZƏRTAC xəbər verir ki, yeni qanuna əsasən Rusiyaya daxil olduqdan sonra tibbi müayinədən keçmə müddəti 90 gündən

0 baxışazertag.az
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
Paylaş:

Rusiya Federasiya Şurası xarici vətəndaşların tibbi müayinədən keçmə müddətinin azaldılmasını və əmək miqrasiyası sahəsində nəzarətin gücləndirilməsini nəzərdə tutan qanunu təsdiqləyib AZƏRTAC xəbər verir ki, yeni qanuna əsasən Rusiyaya daxil olduqdan sonra tibbi müayinədən keçmə müddəti 90 gündən 30 günə endirilir. Tibbi müayinələr müvəqqəti yaşayış və ya iş icazəsi almaq, eləcə də patentin yenilənməsi üçün mütləq olacaq Bundan əlavə, Rusiyada 30 gündən çox qalan xarici vətəndaşlar hər il tibbi müayinədən keçməlidirlər Sənəd müayinə zamanı vasitəçiliyi qadağan edir: bunu yalnız səlahiyyətli tibbi təşkilatlar apara biləcək Müayinənin nəticələrinə görə, rəy, məlumatlar Vahid Dövlət İnformasiya Səhiyyə Sisteminə (VDİSS) daxil edilməklə, o cümlədən elektron formada da tərtib ediləcək Qanun Rusiya Prezidenti tərəfindən imzalandıqdan sonra 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler