Rusiya tərəfindən işğal olunmuş Krımda dəmir yolu nəqliyyatı dayandırılıb - QHA - Krım Xəbər Agentliyi
Ukrayna ordusunun həyata keçirdiyi hərtərəfli silahlı pilotsuz uçuş aparatı (PUA) əməliyyatlarından birində işğal altındakı Krımda dəmiryol logistikası iflic olub Gecə boyu davam edən şiddətli partlayışlardan sonra yarımadaya qeyri-qanuni qatar səfərləri təşkil edən Rusiya nəqliyyat şirkəti Grand

Ukrayna ordusunun həyata keçirdiyi hərtərəfli silahlı pilotsuz uçuş aparatı (PUA) əməliyyatlarından birində işğal altındakı Krımda dəmiryol logistikası iflic olub Gecə boyu davam edən şiddətli partlayışlardan sonra yarımadaya qeyri-qanuni qatar səfərləri təşkil edən Rusiya nəqliyyat şirkəti Grand Service Express, yarımadada bütün sərnişin qatarlarının qeyri-müəyyən müddətə dayandırıldığını və vaqonlardakı bütün sərnişinlərin təxliyə edildiyini açıqladı Dəmiryol şirkətindən verilən açıqlamaya görə, Moskvadan yola düşərək Krımın Akmescit (Simferopol) şəhərinə gedən 68 nömrəli sərnişin qatarının lokomotivi SİHA-nın hücumu nəticəsində sıradan çıxıb. Vaqonlarda olan sərnişinlərin xəsarət almadan xilas olduğu hadisədən sonra Moskva və Sankt-Peterburqdan Krıma daha əvvəl yola düşən 3 ayrı qatarın sərnişinləri yollarda qalıb və avtobuslarla təxliyyə edilməli olublar HƏRBİ Aeroportlar, NEFT idarələri və TRANSFORMORLAR YANIN ALDI Sosial media üzərindən fəaliyyət göstərən “Krım küləyi” (Krımskiy Veter) xəbər kanalının verdiyi məlumata görə, gecə boyu hava hücumundan müdafiə sirenlərinin heç vaxt susmadığı yarımadada hərbi hava limanları, neft anbarları və transformatorlar eyni vaxtda alovlara qərq olub. Gecə saatlarında əvvəlcə Rusiyanın strateji əhəmiyyətli Sak (Saki) hərbi bazası ərazisində, sonra isə Akyar (Sevastopol) yaxınlığındakı Kaça hərbi hava limanı istiqamətində çox şiddətli partlayışlar qeydə alınıb. Bundan dərhal sonra Sarabuz (Qvardeyskoye) qəsəbəsində Akmescit (Simferopol) yaxınlığında yerləşən və bütün dəmir yolu logistikasını, o cümlədən hərbi daşıma xətlərini təmin edən 1 saylı Traktor-paylayıcı Elektrik Transformator Stansiyası tam dəqiqliklə vuruldu. Hadisə şahidləri partlayış zamanı göyü mavi qığılcımların bürüdüyünü və əsas transformatorun saatlarla yandığını bildiriblər. İşğal ordusunu yanacaqla təmin edən ATAN şirkətinin eyni qəsəbədəki neft anbarına üç PUA düşərkən; Zəncirvari partlayışlar gecə yarısından səhərə qədər Krasnoqvardeyskoye, Akmescit Vağzalının yaxınlığında, Kefe və Akyar şəhərlərində əks-səda verib


