Tenqri
Ana Səhifə
Dünya

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsi rəqəmsal platformalar dövründə uşaqların müdafiəsi ilə bağlı dövlət siyasətinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib O qeyd edib ki, son on ildə sosial şəb

0 baxışazertag.az
Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH
Paylaş:

Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsi rəqəmsal platformalar dövründə uşaqların müdafiəsi ilə bağlı dövlət siyasətinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib O qeyd edib ki, son on ildə sosial şəbəkələr uşaqların ünsiyyət, əyləncə və informasiya əldə etmə vasitələrindən birinə çevrilsə də, bu proses paralel olaraq yeni risklər də yaradıb “Bu gün dünyada əsas müzakirələrdən biri uşaqların rəqəmsal mühitdə necə qorunması ilə bağlıdır. Ənənəvi həyatda uşaqların təhlükəsizliyi üçün müəyyən qaydalar mövcuddursa, virtual məkanda da oxşar yanaşmaların formalaşdırılması artıq zərurətə çevrilib. Təklif olunan dəyişikliklər məhz bu ehtiyacdan irəli gəlir”, - deyə deputat vurğulayıb Onun sözlərinə görə, layihənin diqqətçəkən tərəflərindən biri sosial şəbəkə şirkətlərinin məsuliyyətinin istifadəçinin üzərinə deyil, platformanın öz üzərinə yönəldilməsidir. İndiyədək zərərli məzmunla mübarizədə əsas yük istifadəçilərin və ya valideynlərin üzərinə düşürdü. Yeni yanaşma isə platformaların özlərini daha aktiv davranmağa məcbur edir. Artıq şirkətlərdən təhlükəli məzmunu aşkar etmək, sürətli reaksiya vermək və yetkinlik yaşına çatmayan istifadəçilər üçün xüsusi qoruma mexanizmləri yaratmaq tələb olunur V.İskəndərov hesab edir ki, layihədə nəzərdə tutulan yaşın yoxlanılması mexanizmləri də mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin formal xarakter daşıması uzun illərdir qlobal problem olaraq qalır. “Bir çox platformalarda istifadəçi, sadəcə, doğum tarixini dəyişməklə bütün məhdudiyyətləri keçə bilir. Təklif olunan model isə yaşın müəyyən texniki vasitələrlə təsdiqlənməsini nəzərdə tutur. Bu, uşaqların böyüklər üçün nəzərdə tutulmuş rəqəmsal mühitlərə nəzarətsiz daxil olmasının qarşısını almağa kömək edə bilər”, - deyə deputat bildirib Onun sözlərinə görə, layihədə xüsusi diqqət çəkən başqa bir məsələ fərdi məlumatların qorunması ilə bağlı tələblərdir. Qanun layihəsi yaşın yoxlanılması üçün təqdim olunan məlumatların sonradan reklam, marketinq və ya kommersiya məqsədləri üçün istifadəsini qadağan edir. Bu, həm uşaqların, həm də valideynlərin şəxsi məlumatlarının müdafiəsi baxımından mühüm təminat hesab oluna bilər “Sənəddə yer alan geolokasiya məlumatlarının məhdudlaşdırılması, manipulyativ dizayn elementlərinin qadağan edilməsi və təhlükəsiz istifadə rejimlərinin tətbiqi kimi müddəalar da müasir beynəlxalq tendensiyalarla üst-üstə düşür. Bu gün dünyanın müxtəlif ölkələrində uşaqların diqqətini uzun müddət platformada saxlamaq üçün istifadə edilən bəzi alqoritmik üsullar ciddi tənqid olunur. Layihədə həmin risklərin nəzərə alınması göstərir ki, məqsəd yalnız yaş məhdudiyyəti tətbiq etmək deyil, eyni zamanda, daha sağlam rəqəmsal mühit formalaşdırmaqdır”, - deyə V.İskəndərov bildirib Deputatın fikrincə, qanun layihəsinin digər mühüm tərəfi xarici sosial şəbəkə platformalarının ölkə daxilində hüquqi məsuliyyət daşımasını təmin edən mexanizmlərin yaradılmasıdır. İstifadəçilərin hüquqlarının qorunması yalnız qanun qəbul etməklə mümkün deyil. Eyni zamanda, həmin qanunların icrasına cavabdeh subyektlərin müəyyənləşdirilməsi lazımdır. Təklif olunan dəyişikliklər platformalarla dövlət qurumları arasında institusional əlaqələrin qurulmasına və hüquqi məsuliyyətin daha aydın müəyyənləşdirilməsinə xidmət edir “Layihənin əsas fəlsəfəsi qadağa yaratmaq deyil, uşaqların rəqəmsal məkanda təhlükəsiz, nəzarətli və hüquqları qorunan şəkildə iştirakını təmin etməkdir. Rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz hissəsidir. Məsələ uşaqları internetdən uzaqlaşdırmaq deyil, onları risklərdən qorumaqdır. Bu baxımdan təqdim olunan dəyişikliklər gələcək nəsillərin rəqəmsal rifahının təmin edilməsinə yönəlmiş mühüm hüquqi təşəbbüs kimi qiymətləndirilə bilər”, – deyə V.İskəndərov əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler