Tenqri
Ana Səhifə
Dünya

Rövşən Nəcəf "Sabah" klubunu təbrik etdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf “Sabah” klubunu Azərbaycan kubokunun qalibi olması münasibətilə təbrik edib Caliber.Az xəbər verir ki, bu barədə R.Nəcəf X sosial şəbəkəsindəki hesabında yazıb “Hörmətli “Sabah” klubunun rəhbərliyi, məşqçilər heyəti

0 baxışcaliber.az
Rövşən Nəcəf "Sabah" klubunu təbrik etdi
Paylaş:

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf “Sabah” klubunu Azərbaycan kubokunun qalibi olması münasibətilə təbrik edib Caliber.Az xəbər verir ki, bu barədə R.Nəcəf X sosial şəbəkəsindəki hesabında yazıb “Hörmətli “Sabah” klubunun rəhbərliyi, məşqçilər heyəti və futbolçular! Futbol üzrə Azərbaycan Kubokunda qazandığınız qələbə münasibətilə sizi və çoxsaylı azarkeşlərinizi AFFA adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm!” dedi O, “Sabah” – “Zirə” komandalarının final matçının çox gərgin keçdiyini xatırladıb: "Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu turnirdə göstərdiyiniz fədakarlıq, peşəkarlıq və qələbə ruhu sizi layiqli qələbəyə apardı. Final oyununda göstərdiyiniz yüksək oyun futbolsevərlərə unudulmaz anlar yaşatdı Bu uğur təkcə meydanda olan futbolçuların deyil, həm də klubun hər bir əməkdaşının, həmçinin komandanı daima dəstəkləyən sadiq azarkeşlərin birgə əməyinin nəticəsidir İnanıram ki, siz Azərbaycan kubokunun qalibləri kimi ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək, yeni uğurlar qazanacaqsınız Bir daha hər birinizi bu inamlı qələbə münasibətilə təbrik edir, qarşıdakı matçlarda və turnirlərdə yeni-yeni nailiyyətlər arzulayıram!” Qeyd edək ki, “Sabah” 2025/2026 mövsümündə “Zirə”yə 2:1 hesabı ilə qalib gələrək Azərbaycan Kubokunun qalibi olub

Kaynak: caliber.az

Diğer Haberler

Ровшан Наджаф поздравил клуб «Сабах» | Caliber.Az | Tenqri