Tenqri
Ana Səhifə
Dünya

Rus gəmisi La-Manş boğazında yaxtaya atəş açıb - yenilənib 00:42

İyunun 16-da "təhlükəli yanaşma" səbəbindən La-Manş boğazında "Admiral Qriqoroviç" freqatından xəbərdarlıq atəşi açılan "Parlaq Gələcək" yaxtasının ehtimal sahibləri təqaüdçülər Alan və Ceyn Kelvidir, Britaniyanın The Times qəzeti yazır Qəzet qeyd edib ki, cütlük yaxtanı tərk edilmiş vəziyyətdə ta

0 baxışhaqqin.az
Rus gəmisi La-Manş boğazında yaxtaya atəş açıb - yenilənib 00:42
Paylaş:

İyunun 16-da "təhlükəli yanaşma" səbəbindən La-Manş boğazında "Admiral Qriqoroviç" freqatından xəbərdarlıq atəşi açılan "Parlaq Gələcək" yaxtasının ehtimal sahibləri təqaüdçülər Alan və Ceyn Kelvidir, Britaniyanın The Times qəzeti yazır Qəzet qeyd edib ki, cütlük yaxtanı tərk edilmiş vəziyyətdə tapıb və onu bərpa ediblər. Daha əvvəl bloqlarında onlar La-Manş boğazını keçməyə hazırlaşdıqlarını yazmışdılar Rusiya Müdafiə Nazirliyi “Admiral Qriqoroviç” freqatının La-Manş boğazında “Bright Future” mülki yelkənli yaxtasına xəbərdarlıq atəşi açdığını təsdiqləyib, Rusiya mətbuatı yazır Rusiya hərbi idarəsi iddia edir ki, yaxtanın ekipajı freqata “təhlükəli şəkildə” yaxınlaşıb, əlaqə saxlamayıb, məşəllərə və səs siqnallarına cavab verməyib. Gəmilər arasındakı məsafə 150 ​​metrə endirilən zaman Rusiya hərbçiləri atəş açıb, bundan sonra yaxta kursunu dəyişərək uzaqlaşıb. Rusiya Müdafiə Nazirliyi əmin edir ki, “Admiral Qriqoroviç”in ekipajı “beynəlxalq gəmiçilik qaydalarına ciddi şəkildə əməl edib və insidentin qarşısını almaq üçün bütün lazımi tədbirləri görüb” Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya freqatı “Admiral Qriqoroviç”in La-Manş boğazında Britaniyada qeydiyyatda olan yaxtanın yaxınlığında xəbərdarlıq atəşi açması ilə bağlı xəbərləri araşdırır Britaniya mətbuatı yazır ki, Britaniya Müdafiə Nazirliyinin sözçüsü "La-Manş kanalında insidentlə bağlı xəbərləri araşdırırıq" "Press Association"ın məlumatına görə, "Admiral Qriqoroviç" freqatı iyunun 16-da yerli vaxtla saat 11:40-da xəbərdarlıq atəşi açıb. Gəmi və yaxta Britaniyanın Uayt adası ilə Fransanın Normandiya sahilləri arasında yerləşib Yaxtanın kimə məxsus olduğu və onun Rusiya hərbi gəmisinə niyə yaxınlaşdığı açıqlanmır Bazar günü Britaniya hərbçiləri sanksiyaya məruz qalmış nefti daşıyan Rusiyanın “kölgə donanmasının” bir hissəsi olmaqda şübhəli bilinən MV Smyrtos neft tankerinə miniblər

Kaynak: haqqin.az

Diğer Haberler