Rusiya “Pasxa atəşkəsi” elan etdi. Sonra isə yaşayış binalarını vurdu - şəkil; video
Rusiya ordusu gecə saatlarında Odessaya hücum edərək iki nəfəri öldürüb, iki nəfəri yaralayıb. Bu barədə Odessa şəhər hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib Onun sözlərinə görə, onlarla fərdi və yaşayış binası, yataqxana, uşaq bağçası binası zərər görüb Sumidə Rusiyanın yaşa

Rusiya ordusu gecə saatlarında Odessaya hücum edərək iki nəfəri öldürüb, iki nəfəri yaralayıb. Bu barədə Odessa şəhər hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib Onun sözlərinə görə, onlarla fərdi və yaşayış binası, yataqxana, uşaq bağçası binası zərər görüb Sumidə Rusiyanın yaşayış binalarına iki hücumu nəticəsində 14 nəfər yaralanıb. Qurbanların əksəriyyəti yaşlılardır. Ümumilikdə 11 yaşayış binası, uşaq bağçası və 10-a yaxın avtomobilə ziyan dəyib Zərbələr Rusiya prezidenti Vladimir Putinin pravoslav Pasxa bayramını qeyd etmək üçün elan etdiyi 32 saatlıq atəşkəsin qüvvəyə minməsindən az əvvəl həyata keçirilib. O, şənbə günü, Bakı vaxtı ilə saat 17:00-da qüvvəyə minməli və aprelin 12-i, bazar gününün sonuna qədər davam etməlidir pic.twitter.com/tAj66TyktG


.webp&w=2048&q=70)