Tenqri
Ana Səhifə
Dünya

Ukraynalı general: "Rusiya Vinnitsa vilayətində "bufer zonası" yaratmaq istəyir"

Rusiya ordusu Vinnitsa vilayətində yaz və ya yay aylarında “bufer zona” yaratmaq variantını nəzərdən keçirir. Bunu briqada generalı və Ukrayna prezidentinin aparatının rəhbərinin müavini Pavel Palisa deyib BBC Ukrayna Xidməti yazır ki, ruslar əvvəllər Ukraynada “bufer zona” yaratmağı planlaşdırırd

0 baxışhaqqin.az
Ukraynalı general: "Rusiya Vinnitsa vilayətində "bufer zonası" yaratmaq istəyir"
Paylaş:

Rusiya ordusu Vinnitsa vilayətində yaz və ya yay aylarında “bufer zona” yaratmaq variantını nəzərdən keçirir. Bunu briqada generalı və Ukrayna prezidentinin aparatının rəhbərinin müavini Pavel Palisa deyib BBC Ukrayna Xidməti yazır ki, ruslar əvvəllər Ukraynada “bufer zona” yaratmağı planlaşdırırdılar, lakin sonra onların ideyaları əsasən Xarkov, Sumı və Çerniqov vilayətlərinə aid olub Hazırda “onların (rusların – red.) hətta tanınmamış Dnestryanı tərəfdən Vinnitsa bölgəsində bufer zonası yaratmaq planları var”, Palisa RBC-Ukraynaya müsahibəsində bildirib "Onlar ilk dəfədir ki, bu cür planları qeydə alırlar" dedi briqada generalı Onun sözlərinə görə, “burada çaxnaşmaya ehtiyac yoxdur, çünki hazırda onların (rusların – red.) bütün bu niyyətlərini həyata keçirməyə gücü çatdığını görmürəm” Vinnitsa bölgəsi ilə tanınmamış Dnestryanı arasında sərhəd xətti təxminən 50 kilometrdir. Sərhədin əsas hissəsi qurudan iyirmi kilometr məsafədə Dnestr boyunca keçir. Dnestryanı ilə quru hissəsinə ən yaxın böyük şəhər Krızopoldur

Kaynak: haqqin.az

Diğer Haberler