Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayakedən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və xalqınıza öz adımdan, eləcə də Şri-Lanka Hökuməti və xalqı adından səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan dərin məm

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və xalqınıza öz adımdan, eləcə də Şri-Lanka Hökuməti və xalqı adından səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan dərin məmnunluğumu ifadə edirəm Şri-Lanka ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərinin və sıx əməkdaşlığın daha da genişlənməsi böyük məmnunluq doğurur. Əminəm ki, ölkələrimizin qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri gələcək illərdə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, böyük uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


