Report Media Məktəbində 20-ci qrupun təlim proqramı yekunlaşıb
"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 20-ci qrupunun təlim proqramı yekunlaşıb "Report" xəbər verir ki, agentlikdə jurnalistika peşəsinin sirlərini öyrənən, xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, monitorinq və

"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 20-ci qrupunun təlim proqramı yekunlaşıb "Report" xəbər verir ki, agentlikdə jurnalistika peşəsinin sirlərini öyrənən, xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, monitorinq və sorğulara qoşulan 11 jurnalistə sertifikat təqdim edilib Çıxış edən "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev tələbələrin xüsusi intensivliklə çalışdığını bildirib: "Report Media Məktəbinin sayca 20-ci qrupunun üzvləri bu dəfə xeyli işin öhdəsindən uğurla gələ biliblər. Xəbər hazırlamaqda ciddi irəliləyişə nail olublar. İmkan daxilində seçilən tələbələri agentlikdə təcrübəyə cəlb edirik. Bu qrupda iki məzun fərqlənmə sertifikatına layiq görülüb" "Report"un Baş redaktoru Namiq Mayılov tələbələrin təlimdə dinamik fəaliyyətini qeyd edib: "Tapşırıqları zamanında yerinə yetirməkdə tələbələr fəal olublar. Xəbəri nəinki doğru yazmaq, həm də operativ hazırlamaq tələbini dəqiqliklə yerinə yetiriblər. Media həyata bir vəsiqədir, burada ortaya bacarıq qoya bilən şəxs istənilən yerdə çalışa biləcək. Mətbuatda çalışan hər bir jurnalist proseslərin birbaşa içindədir. Məncə, bundan gözəl hiss ola bilməz" Report Media Məktəbinin rəhbəri, təlimçi İsmayıl Rafiqoğlu qrupla bağlı fikirlərini bölüşüb: "Qrupun özəyini Azərbaycan Dillər Universitetinin jurnalistika fakültəsinin tələbələri təşkil edib. Report Media Məktəbi-20 qrupunun tələbələri həm xarici dil biliyi, həm də yaxşı yazı qabiliyyəti ilə seçiliblər. Bu dövrdə xeyli tapşırıq yerinə yetirib, bir-birindən maraqlı tədbirlər keçirmişik. Xəbər hazırlamaq, informasiya duyumunu yüksəltmək üçün çalışmışıq" İ.Rafiqoğlu təlim prosesində çox sayda əlavə təlimlərin baş tutduğunu da deyib: "Report"un bir sıra aparıcı jurnalistlərinin tələbələrlə görüşləri baş tutub. Baş redaktor Namiq Mayılov, baş redaktorun müavini Emil Quliyev, rəqəmsal marketinq üzrə menecer Cavid Osmanov, idman şöbəsinin redaktoru Kənan Həsənov, daxili siyasət şöbəsinin redaktoru Elgün Mənsimov, multimedia şöbəsinin rəhbəri, rəqəmsal marketinq üzrə mütəxəssis İlkin Əhmədov, axşam növbəsinin redaktoru İlkin Nəcəfzadə daxil olmaqla maraqlı təlimlər keçirilib Valyuta.az saytının baş redaktoru, jurnalist Aygün Əhmədova, yazıçı, publisist, jurnalist İlqar Rəsul, teleaparıcı, ssenarist, rejissor, jurnalist İlham Tumas, kinoşünas, mədəniyyət yazarı Sevda Sultanova, Milli Məclisin deputatı, yazıçı-publisist, Əməkdar jurnalist Aqil Abbas kimi tanınmış simalarla görüşlər reallaşıb" Report Media Məktəbinin rəhbəri tələbələrin qoşulduğu tədbirlərdən də danışıb: "Təlim boyu Akademik Milli Dram Teatrında "Şükriyyə" tamaşasını, Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasının konsert salonunda Cüzeppe Verdinin "Traviata" və "Trubadur" operalarını izləmişik. Tələbələr "Gənc Şairlər" layihəsi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş tədbirdə də iştirak ediblər" Qeyd edək ki, "Report" İnformasiya Agentliyinin tərkibində olan Report Media Məktəbində 2018-ci ildən təlimlər keçirilir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar Report İnformasiya Agentliyi 2021-ci ildən "Global Media Group" media şirkətləri qrupunun tərkibində fəaliyyət göstərir. Burada yaradılan Media Akademiyası müasir mediada karyera qurmaq istəyən gənclərə geniş imkanlar təqdim edən tədris platformasıdır. Akademiya müxtəlif media məktəblərini bir araya gətirir, tələbələrə keyfiyyətli təhsil və praktik təcrübə təqdim edir Media Akademiyasının tərkibinə Report Media Məktəbi, Peşəkar Media Məktəbi daxildir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


