Rəşad Hüseynov: Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir
Son 10 il ərzində ölkədə kənd təsərrüfatı məhsulları istehsalında 38 faizə qədər artım müşahidə edilib. Nominal ifadədə artım iki dəfədən çoxdur. Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir AZƏRTAC xəbər verir ki, bu sözləri Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad

Son 10 il ərzində ölkədə kənd təsərrüfatı məhsulları istehsalında 38 faizə qədər artım müşahidə edilib. Nominal ifadədə artım iki dəfədən çoxdur. Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir AZƏRTAC xəbər verir ki, bu sözləri Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov iyunun 11-də Milli Məclisdə keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə çıxışı zamanı deyib “Belə ki, bitkiçilikdə məhsul istehsalı 48 faiz, heyvandarlıqda isə 30 faizə qədər artıb. Balıqçılıq məhsulları istehsalında 2,7 dəfə artım müşahidə olunub. Məhsul istehsalı ilə yanaşı, biz kənd təsərrüfatı və emal məhsullarının ixracında da artım müşahidə etmişik. Bu, 90 faizdən çoxdur”, - deyə Mərkəzin direktoru diqqətə çatdırıb O, kənd təsərrüfatında infrastruktur və resurs bazası üzrə də nailiyyətləri diqqətə çatdıraraq, soyuducu anbarların həcminin artımının 400 min tona çatdığını vurğulayıb. “1,9 milyon tonluq taxıl elevatorları mövcuddur. 130 min hektarda müasir suvarma tətbiq edilib. 50 min hektarda mövcud intensiv bağlar salınıb, eyni zamanda, lizinqə verilmiş 96 min kənd təsərrüfatı texnikası mövcuddur”, - deyə Rəşad Hüseynov əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


