Qızıl investisiya cəlbediciliyini qismən itirir
Yaxın Şərqdə geosiyasi gərginliyin artmasına baxmayaraq, dünya bazarlarında qızılın ucuzlaşması davam edir AZƏRTAC xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti iyunun 8-də 49 dollar azalaraq 4 316,3 dollar təşkil edib Qızılın qiyməti münaqişənin başladığı 28 fevral tarixindən iyunun 5-dək

Yaxın Şərqdə geosiyasi gərginliyin artmasına baxmayaraq, dünya bazarlarında qızılın ucuzlaşması davam edir AZƏRTAC xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti iyunun 8-də 49 dollar azalaraq 4 316,3 dollar təşkil edib Qızılın qiyməti münaqişənin başladığı 28 fevral tarixindən iyunun 5-dək təxminən 17 faiz azalıb Mütəxəssislər hesab edirlər ki, qızılın ucuzlaşmasının əsas səbəbi ABŞ-də faiz dərəcələri ilə bağlı gözləntilərin dəyişməsidir. Bildirilib ki, faiz dərəcələrinin yüksələcəyi gözlənilən şəraitdə investorlar gəlir gətirən alternativ aktivlərə üstünlük verirlər. Qızıl faiz gəliri formalaşdırmadığı üçün belə şəraitdə investorlar üçün nisbətən az cəlbedici hesab olunur Ekspertlərin fikrincə, son dövrdə qızılın ucuzlaşmasına yalnız geosiyasi risklər deyil, həm də bazarlarda likvidliyə tələbatın artması və dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi təsir göstərib Qızıl hazırda həm uzunmüddətli strateji ehtiyat və təhlükəsiz liman, həm də qısamüddətli maliyyə aləti funksiyasını daşıyır. Cari qiymət dinamikası qızılın maliyyə aktivi kimi xüsusiyyətlərindən qaynaqlanır və onun investorlar üçün təhlükəsiz sığınacaq funksiyasını itirdiyini ifadə etmir Ekspertlər hesab edirlər ki, geosiyasi qeyri-müəyyənlik davam etsə də, münaqişələrin səngiməsi və inflyasiya ilə faiz dərəcələrinin azalacağına dair gözləntilərin yenidən güclənməsi qızılı investorlar üçün daha cəlbedici edə bilər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


