Qusarda gənc voleybolçuların seçimi aparılıb
Qusarda perspektivli uşaq və yeniyetmələrin voleybola cəlb olunması üçün seleksiya işləri aparılıb Qusar Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirlib ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə həyata keçirilən tədbirlər voleybolun inkişafı, uşaq və yeniyetmələrin bu idma

Qusarda perspektivli uşaq və yeniyetmələrin voleybola cəlb olunması üçün seleksiya işləri aparılıb Qusar Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirlib ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə həyata keçirilən tədbirlər voleybolun inkişafı, uşaq və yeniyetmələrin bu idman növünə cəlb olunması məqsədi daşıyır. İlkin mərhələdə yüzə yaxın qusarlı uşaq və yeniyetmə seçimlərdən uğurla keçərək Qusar Olimpiya Kompleksində voleybolla peşəkar səviyyədə məşqul olmaq imkanı qazanıb Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Hacıyev və Sumqayıt Regional Voleybol Klubunun rəhbəri Tariyel Alverdiyev yeni seçilmiş voleybolçular və onların valideynləri ilə keçirilən görüşdə ölkədə voleybolun kompleks inkişafı, uşaq voleyboluna göstərilən diqqət və yaradılan şəraitdən danışıblar. Bildirilib ki, hazırda həyata keçirilən tədbirlər gələcək nəsil idmançılarının yetişməsində mühüm rol oynayacaq. Uğurlu nəticə üçün idmançı, məşqçi və ailə əməkdaşlığının vacibliyi diqqətə çatdırılıb Qusarda voleybolun inkişafı gələcəkdə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradacaq Görüşdə valideynlərə gələcək fəaliyyət istiqamətləri, məşq prosesi barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


