Tenqri
Ana Səhifə
Dünya

Qulaim Jumabekova: Ekspozisiya türk xalqlarının ortaq tarixi kökləri əsasında qurulub

Qazaxıstan təsviri sənətini Azərbaycanda təqdim etmək böyük şərəf və mühüm missiyadır. Bu təşəbbüs ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə və məzmunlu mədəniyyətlərarası dialoqun inkişafına yönəldiyi üçün xüsusi əhəmiyyət daşıyır Bunu AZƏRTAC-a Bakıda təşkil olunan “Qazaxıstan-A

0 baxışazertag.az
Qulaim Jumabekova: Ekspozisiya türk xalqlarının ortaq tarixi kökləri əsasında qurulub
Paylaş:

Qazaxıstan təsviri sənətini Azərbaycanda təqdim etmək böyük şərəf və mühüm missiyadır. Bu təşəbbüs ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə və məzmunlu mədəniyyətlərarası dialoqun inkişafına yönəldiyi üçün xüsusi əhəmiyyət daşıyır Bunu AZƏRTAC-a Bakıda təşkil olunan “Qazaxıstan-Azərbaycan: Mədəniyyətlərin Dialoqu” sərgisi barədə danışan Abılxan Kasteyev adına Qazaxıstan Milli İncəsənət Muzeyinin direktoru Qulaim Jumabekova söyləyib Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan Türk dünyasının ortaq tarixi tale, mədəni ənənələr və dünyagörüşü ilə birləşən qardaş xalqlarıdır: “Sərgi tarixi köklərin yaxınlığına və Türk dünyasının ortaq dəyərlərinə əsaslanan mədəni dialoq məkanı kimi qurulub” Muzeyin direktoru qeyd edib ki, ekspozisiyada Qazaxıstan rəssamlarının müxtəlif nəsillərinə aid 30-a yaxın rəngkarlıq əsəri təqdim olunur. Onların arasında muzeyin 1984-cü ildən adını daşıdığı Qazaxıstan peşəkar təsviri sənətinin banisi Abılxan Kasteyevin əsərləri, eləcə də sonrakı nəsil ustaların işləri yer alır Q.Jumabekova, həmçinin dəstəyə və məhsuldar əməkdaşlığa görə Azərbaycan Milli İncəsənət Muzeyinə təşəkkürünü bildirib, sərginin peşəkar dialoq və təcrübə mübadiləsi üçün mühüm platformaya çevriləcəyinə əminliyini ifadə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler