Tenqri
Ana Səhifə
Dünya

Qətər nümayəndə heyəti ABŞ ilə razılaşma üzrə danışıqları yekunlaşdırmaq üçün İrandadır

Qətər nümayəndə heyəti ABŞ və İran arasındakı münaqişəyə son qoyacaq sülh razılaşması üzrə danışıqları yekunlaşdırmaq üçün Tehrana gedib "Report" "Reuters"ə istinadən xəbər verir ki, ABŞ və Pakistan liderləri müharibənin başa çatdırılması haqqında çərçivə sazişinin artıq iyunun 14-də imzalanacağını

0 baxışreport.az
Qətər nümayəndə heyəti ABŞ ilə razılaşma üzrə danışıqları yekunlaşdırmaq üçün İrandadır
Paylaş:

Qətər nümayəndə heyəti ABŞ və İran arasındakı münaqişəyə son qoyacaq sülh razılaşması üzrə danışıqları yekunlaşdırmaq üçün Tehrana gedib "Report" "Reuters"ə istinadən xəbər verir ki, ABŞ və Pakistan liderləri müharibənin başa çatdırılması haqqında çərçivə sazişinin artıq iyunun 14-də imzalanacağını proqnozlaşdırırlar İran rəsmisi agentliyə bildirib ki, ABŞ ilə qarşılıqlı anlaşma memorandumunun yekun layihəsi Tehranın nüvə proqramından tutmuş Hörmüz boğazının açılmasına və ABŞ tərəfindən neft sanksiyalarının ləğvinə qədər geniş spektrli məsələləri əhatə edir. Yekun razılaşma memorandum layihəsinin hər iki tərəfdən imzalanmasından sonra 60 gün ərzində müzakirə olunacaq Mənbənin məlumatına görə, memoranduma aşağıdakı məsələlər daxil ediləcək: Hörmüz boğazının bütün kommersiya gəmiləri üçün dərhal açılması və ABŞ tərəfindən İran limanlarının dəniz mühasirəsinin götürülməsi; ABŞ yekun saziş bağlanana qədər İrana qarşı heç bir yeni sanksiya tətbiq etməməyə və neft sanksiyalarını müəyyən müddətə ləğv etməyə razılaşır ki, bu da Tehrana neft satmağa və mənfəət əldə etməyə imkan verəcək; ABŞ İranın 25 milyard dollar məbləğində dondurulmuş aktivlərini, o cümlədən birbaşa pul köçürmələri, region ölkələri arasında əməkdaşlıq və maliyyə kreditlərinin verilməsi vasitəsilə blokdan çıxarmağa razılaşır; Tehran nüvə silahı istehsal etməyəcəyinə və ya əldə etməyəcəyinə, yekun saziş bağlanana qədər "nüvə status-kvosu"nu qoruyub saxlamağa, o cümlədən uranı zənginləşdirməməyə və nüvə obyektlərini genişləndirməməyə öhdəlik götürür; ABŞ Tehranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını İran ərazisində azaltmağı ilə razılaşır Qətərin "Al Araby" telekanalı mənbəyə istinadən qeyd edir ki, nümayəndə heyətinin İrana səfəri fikir ayrılıqlarını aradan qaldırmağa yönəlib. Həmçinin telekanalın məlumatına görə, memorandumun onlayn imzalanmasında ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf iştirak edəcəklər Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, tərəflər şərtləri razılaşdırdıqları üçün İranla ABŞ arasında saziş bu il iyunun 14-də imzalanacaq Bununla belə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai memorandumun iyunun 14-də imzalanmayacağını bildirib. Eyni zamanda o, sənədin yaxın günlərdə imzalanması ehtimalını da istisna etməyib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler