Tenqri
Ana Səhifə
Elm

“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransın ikinci günü BDU-da “Qərbi Azərbaycan və tar

0 baxışazertag.az
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb
Paylaş:

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransın ikinci günü BDU-da “Qərbi Azərbaycan və tarixi yaddaş”, “Qərbi Azərbaycana qayıdışın hüquqi çərçivəsi”, “Qayıdış diskursunda regional təhlükəsizlik: müasir baxışlar və strateji yanaşmalar”, “Mədəni irs və mənəvi yaddaş: dil, folklor, mətbuat, kitablar və intellektual mühit”, “Qərbi Azərbaycan - “yaşıl” Vətən” adlı 5 bölmə iclası keçirilib Bölmə iclaslarında dövlətçilik, suverenlik və tarixi ədalət anlayışları kontekstində Qayıdış Konsepsiyası, onun postmünaqişə dövründə milli strateji düşüncədə yeri, qayıdış hüququnun beynəlxalq hüquqi sənədlərdə təsbiti, məcburi köçkün və deportasiya olunmuş əhalinin hüquqları, qayıdış ideyasının sülh gündəliyinə töhfəsi, regional əməkdaşlıq və etimad quruculuğu mexanizmləri, Qərbi Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin qorunması, tarixi abidələrin, toponimlərin və dini-mənəvi dəyərlərin bərpası, mədəni irsin beynəlxalq müstəvidə tanıdılması, qayıdışın coğrafi aspektləri ilə bağlı 100-dək məruzə dinlənilib Konfransın bağlanış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib, Qərbi Azərbaycanla bağlı məhsuldar elmi müzakirələrin aparıldığını qeyd edib. O, konfransın davamlı keçiriləcəyini diqqətə çatdırıb, Qərbi Azərbaycan İcması ilə əməkdaşlığın uğurla davam etdiriləcəyini vurğulayıb. Rektor müxtəlif elm və təhsil qurumlarındakı Qərbi Azərbaycan mərkəzlərini səylərini birləşdirməyə və əməkdaşlıq etməyə çağırıb Qərbi Azərbaycan İcmasının rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərli isə konfransın Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində qarşıya qoyduğu vəzifələrin icrasına töhfə olduğunu qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler