Qərb ölkələri İrana sərt xəbərdarlıq etdi
ABŞ, Böyük Britaniya, Avropa İttifaqına üzv ölkələr, Avstraliya və bir sıra digər dövlətlər İranın fəaliyyəti ilə bağlı birgə bəyanat yayıblar Modern.az xarici mediaya istinadən xəbər verir ki, bəyanatda İranın Qərb ölkələrinin ərazisində həyata keçirdiyi iddia olunan "ölümcül sui-qəsd planları" və

ABŞ, Böyük Britaniya, Avropa İttifaqına üzv ölkələr, Avstraliya və bir sıra digər dövlətlər İranın fəaliyyəti ilə bağlı birgə bəyanat yayıblar Modern.az xarici mediaya istinadən xəbər verir ki, bəyanatda İranın Qərb ölkələrinin ərazisində həyata keçirdiyi iddia olunan "ölümcül sui-qəsd planları" və digər düşmən xarakterli fəaliyyətlər pislənilib Sənəddə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), onun "Qüds" qüvvələri və Kəşfiyyat Nazirliyinin adı çəkilib. Qərb ölkələri bu qurumları dissidentlərə, jurnalistlərə və digər şəxslərə qarşı qətllər planlaşdırmaqda, adam oğurluqları təşkil etməkdə və təhdid kampaniyaları aparmaqda ittiham ediblər Birgə bəyanatda İran hakimiyyətinə çağırış edilərək bu cür fəaliyyətlərə dərhal son qoyulması tələb olunub "İran İslam Respublikası bu hərəkətləri dərhal dayandırmalıdır", - deyə bəyanatda qeyd olunub


