Qlobal LNG ticarəti ötən il 5 faiz artıb
Qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti ötən il 428 milyon tona çatıb ki, bu da əvvəlki illə müqayisədə 5 faiz artım deməkdir AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq LNG İdxalçıları Assosiasiyasının (GIIGNL) illik hesabatında deyilir Bildirilir ki, bu artım Avropada tələbatın güclü şə

Qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti ötən il 428 milyon tona çatıb ki, bu da əvvəlki illə müqayisədə 5 faiz artım deməkdir AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq LNG İdxalçıları Assosiasiyasının (GIIGNL) illik hesabatında deyilir Bildirilir ki, bu artım Avropada tələbatın güclü şəkildə bərpa olunması və Atlantik hövzəsindən yeni təchizat dalğası ilə əlaqədardır. 2025-ci il LNG ticarət həcmlərinin artması, infrastruktur investisiyalarının sürətləndirilməsi, təchizat strategiyalarının dəyişdirilməsi və getdikcə regionallaşan tələbat dinamikasının bir araya gəldiyi il olub Hesabata görə, ötən il Avropanın mayeləşdirilmiş təbii qaz idxalı 126 milyon ton olub ki, bu da illik müqayisədə 29 faiz artım deməkdir. Yaxın Şərq və Afrikada LNG idxalı illik müqayisədə 69 faiz artaraq 18,2 milyon tona çatıb. Hesabat dövründə Asiyanın illik idxalı 4 faiz azalaraq 271 milyon tona geriləyib. Şimali və Cənubi Amerikada da idxal illik müqayisədə 17 faiz azalaraq keçən il 12,3 milyon tona düşüb. Asiya qlobal miqyasda mayeləşdirilmiş təbii qaz idxalının 63 faizini, Avropa 30 faizini, Yaxın Şərq və Afrika 4 faizini və Şimali və Cənubi Amerika isə 3 faizini təşkil edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


