Yohannesburqda baş verən atışmada 12 nəfər həlak olub
Yohannesburq (Cənubi Afrika) bölgələrindən birində kütləvi atışma nəticəsində azı 12 nəfər ölüb, daha 9 nəfər yaralanıb. Bu barədə Cənubi Afrika polisi məlumat yayıb Hadisə çərşənbə axşamı axşam saatlarında Klivlend bölgəsindəki qeyri-rəsmi qəsəbədə baş verib. Hüquq-mühafizə orqanlarının məlumatın

Yohannesburq (Cənubi Afrika) bölgələrindən birində kütləvi atışma nəticəsində azı 12 nəfər ölüb, daha 9 nəfər yaralanıb. Bu barədə Cənubi Afrika polisi məlumat yayıb Hadisə çərşənbə axşamı axşam saatlarında Klivlend bölgəsindəki qeyri-rəsmi qəsəbədə baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox silahlı hücumçu hadisə yerinə ağ rəngli “Toyota Quantum” mikroavtobusu ilə gəlib Polisin məlumatına görə, hücum edənlər qəsəbəyə iki girişdən daxil olub və bir neçə nöqtədə sakinlərə atəş açıblar, bundan sonra eyni avtomobillə hadisə yerindən qaçıblar Hücum nəticəsində səkkiz kişi və üç qadın yerindəcə, digər zərərçəkən isə xəstəxanada dünyasını dəyişib. 9 yaralı tibb müəssisələrinə çatdırılıb Polis hücumun motivinin hələlik məlum olmadığını və istintaq çərçivəsində müəyyən edildiyini bildirib Cənubi Afrika hər gün orta hesabla 60-a yaxın adamın öldürülməsi ilə dünyada ən yüksək qətl nisbətinə malik ölkələrdən biri olaraq qalır. Qeyri-rəsmi yaşayış məntəqələrində kütləvi atışmalar çox vaxt dəstə fəaliyyəti və şəxsi münaqişələrlə əlaqələndirilir Bundan əvvəl Qarşi rayonundakı yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub Səhv tapsanız, lütfən, mətn parçasını seçin və Ctrl+Enter düymələrini basın


