Qazaxlı kümçülərə ipəkqurdu toxumu paylanılıb
Ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində əməli işlər görülür, ipəkçiliy

Ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində əməli işlər görülür, ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır Artıq 11-ci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. 2025-ci ildə rayonda barama yetişdirən kümçülər tərəfindən 1200 kiloqram yaş baramanın istehsalı nəzərdə tutulmuşdu ki, plan artıqlaması ilə yerinə yetirilib. Belə ki, kümçülər tərəfindən 1455,8 kiloqram barama məhsulu "Azəripək” MMC-yə təhvil verilib 2026-cı ilin barama mövsümü üçün kümçülər tərəfindən 2000 kiloqram yaş baramanın istehsalı nəzərdə tutulub. Rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Dəmirçilər, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə artıq ipəkqurdu toxumu təhvil verilib Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində barama yetişdirilməsi ilə əlaqədar Qax Damazlıq İpəkçilik stansiyasından 50 qutu ipəkqurdu toxumu gətirilərək qazaxlı kümçülərə paylanılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


