Tenqri
Ana Səhifə
Dünya

Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Qax rayonunda ümumtəhsil məktəblərini, müəssisə və təşkilatları təmsil edən komandalar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azə

0 baxışazertag.az
Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib
Paylaş:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Qax rayonunda ümumtəhsil məktəblərini, müəssisə və təşkilatları təmsil edən komandalar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının təşkilatçılığı ilə keçirilən yarışda böyüklərdən ibarət 16 komanda mübarizə aparıb Rayon Heydər Əliyev Mərkəzində təşkil edilən yarışın açılış mərasimində YAP rayon təşkilatının sədri Natiq Allahverdiyev, müəssisə və təşkilat rəhbərləri çıxış edərək Ulu Öndərin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıblar. Bildirilib ki, intellektual oyunun keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin zəngin irsini, Azərbaycanın milli mədəniyyətini və tarixini təbliğ etməkdən ibarətdir Yekun nəticələrə əsasən, rayon Mədəniyyət Mərkəzinin komandası intellektual oyunun qalibi adını qazanıb İntellektual oyunda ilk üç yeri tutan komandalara kubok, medal və diplomlar təqdim edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler