Şahzadə Harri böhtana görə xeyriyyə təşkilatının hədəfindədir
Şahzadə Harrinin həmtəsisçisi olduğu Sentebale ona və keçmiş qəyyum Mark Dayerə qarşı böhtan iddiası qaldırıb Bu barədə “The Guardian” qəzeti məhkəmə sənədlərinə istinadən məlumat yayıb İddia martın 24-də qeydə alınıb. Sentebale bildirib ki, 2025-ci ilin martında fondun, onun rəhbərliyinin və tə

Şahzadə Harrinin həmtəsisçisi olduğu Sentebale ona və keçmiş qəyyum Mark Dayerə qarşı böhtan iddiası qaldırıb Bu barədə “The Guardian” qəzeti məhkəmə sənədlərinə istinadən məlumat yayıb İddia martın 24-də qeydə alınıb. Sentebale bildirib ki, 2025-ci ilin martında fondun, onun rəhbərliyinin və tərəfdaşlarının reputasiyasına xələl gətirən, həmçinin kiber zorakılıq dalğasına səbəb olan mənfi media kampaniyası olub "Sentebale, xeyriyyə təşkilatı və onun rəhbərliyi haqqında dezinformasiya, onun işçi heyəti və mövcud və potensial tərəfdaşlarla münasibətlərini pozmağa cəhdlər, nüfuz böhranını həll etmək üçün idarəetmə vaxtının və resurslarının yayındırılması daxil olmaqla mənfi media kampaniyası ilə üzləşdi", fondun bəyanatında deyilir


