Tenqri
Ana Səhifə
Dünya

Prezidentin köməkçisi: Bu proqram qarşıdakı dövr üçün strateji sənəddir

Aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərə baxmayaraq, cənab Prezident müşavirədə son bir neçə il ərzində ölkəmizdə aqrar sahədə müşahidə edilən durğunluğu qeyd edib və kənd təsərrüfatı məhsullarının istehsalında mövcud dinamikanın onu qane etmədiyini açıq söyləyib. Ö

0 baxışpublika.az
Prezidentin köməkçisi: Bu proqram qarşıdakı dövr üçün strateji sənəddir
Paylaş:

Aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərə baxmayaraq, cənab Prezident müşavirədə son bir neçə il ərzində ölkəmizdə aqrar sahədə müşahidə edilən durğunluğu qeyd edib və kənd təsərrüfatı məhsullarının istehsalında mövcud dinamikanın onu qane etmədiyini açıq söyləyib. Ölkə başçısının Prezident Administrasiyasına və Nazirlər Kabinetinə verdiyi tapşırıqlar əsasında kənd təsərrüfatının inkişafına dair yeni hərtərəfli və əhatəli bir Dövlət Proqramı hazırlanıb Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib PA-nın şöbə müdiri bildirib ki, bu proqram qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir və aqrar sahədə məhsul istehsalının artırılması, resurslardan səmərəli istifadə, emal və ixrac imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin, həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafının yeni mərhələyə keçirilməsi baxımından mühüm yol xəritəsi kimi çıxış edir "Əsas hədəf, sadəcə istehsal həcmini artırmaq deyil, hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, yəni aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır. Dövlət Proqramı, cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Heç şübhə yoxdur ki, aparılacaq müzakirələr Dövlət Proqramının icra mexanizmlərinin dəqiqləşdirilməsinə və qarşıdakı illərdə aqrar sahədə daha güclü nəticələrin əldə olunmasına töhfə verəcəkdir", - deyə qeyd edib Sahil Babayev parlamentdə hesabat verir Göygöldə Dövlət Proqramının icrasına dair regional müşavirə keçirilir Milli Məclisdə büdcə müzakirələri keçiriləcək İşıqlı ömrün 90 illik salnaməsi: Salman Məmməd oğlu Çobanov Fransanın Azərbaycana qarşı hibrid müharibəsi heç bir nəticə verməyəcək Yol Polisi şagirdlərə və valideynlərə müraciət etdi "WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı Pensiya alanların nəzərinə Prezidentin köməkçisi: Bu proqram qarşıdakı dövr üçün strateji sənəddir İşıqlı ömrün 90 illik salnaməsi: Salman Məmməd oğlu Çobanov İran təsdiqlədi: ABŞ ilə memorandumun mətni razılaşdırılıb Ermənistanın məşhur gölü acınacaqlı durumda - VİDEO Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO Azərbaycan XİN Rusiyanı təbrik etdi

Kaynak: publika.az

Diğer Haberler