Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda iştirakçılara müraciət edib
BAKI, Azərbaycan, 15 iyun. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib Trend ünvanı təqdim edir: ''Hörmətli konfrans iştirakçıları! Sizi Şuşada keçirilən

BAKI, Azərbaycan, 15 iyun. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib Trend ünvanı təqdim edir: ''Hörmətli konfrans iştirakçıları! Sizi Şuşada keçirilən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfransda səmimiyyətlə salamlayıram 2022-ci ildən təşkil olunan bu mötəbər beynəlxalq tədbir bugünkü mürəkkəb geosiyasi proseslər fonunda böyük əhəmiyyət kəsb edir. Azərbaycanın regional sülh və sabitlik mühitinin yaradılması təşəbbüsünün mühüm tərkib hissəsinə çevrilən konfransda iştirakçıların sayının ildən-ilə artması onun gələcəkdə ümumi təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa layiqli töhfələr verəcəyinə əminlik yaradır İşğala, beynəlxalq təhdidlərə, ədalətsizliyə məruz qalan Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün ardıcıl mübarizə aparmış, eyni zamanda dünya ölkələri arasında əməkdaşlıq və dostluq əlaqələrinin qurulmasına sadiq qalmışdır. 2020-ci ildə 44 günlük Vətən Müharibəsi, 2023-cü ildə isə bir günlük antiterror əməliyyatı nəticəsində uzun illər işğal altında olan torpaqlarımız Ermənistanın işğalından azad edilib, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxındır kağız üzərində qalan qətnamələrinin icrasını özü təmin edib Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması və qorunub saxlanması istiqamətində qətiyyətli siyasət həyata keçirir. Ötən il Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın da şahidi olduğu Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda Birgə Bəyannamənin imzalanması və sülh sazişinin paraflanması Cənubi Qafqazda vəziyyəti tamamilə yenidən formalaşdırıb. Bu baxımdan, həyata keçirilən Zəngəzur dəhlizi həm Azərbaycanın materik hissəsini onun Naxçıvan bölgəsi ilə birləşdirəcək, həm də Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və BMT-nin Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü Sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi ölkəmizin münaqişədən sonrakı dövrdə ardıcıl humanitar təşəbbüslərini əyani şəkildə nümayiş etdirir. Bu Forum zamanı Azərbaycan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında müasir şəhərsalma konsepsiyaları əsasında qurulmuş, hazırda orada yaşayan 85 mindən çox Azərbaycan vətəndaşı üçün təhlükəsiz və ləyaqətli yaşayış şəraiti yaradılan müasir infrastrukturunu 182 ölkəni təmsil edən 60 minə yaxın iştirakçıya nümayiş etdirib Ədalətli dünya nizamının və təhlükəsiz qlobal həyat şəraitinin tərəfdarı kimi Azərbaycan təkcə regionu deyil, bütövlükdə Avrasiyanı etibarlı əməkdaşlıq məkanına çevirməyə çalışır. Dost və qardaş ölkələrlə, xüsusən də türk dünyası çərçivəsində atılan qətiyyətli addımlar beynəlxalq əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir və ailəmizi, Türk Dünyasını 21-ci əsrin ən nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirir Bu mühüm beynəlxalq konfransın nümayiş etdirdiyi kimi, müxtəlif siyasi maraqları olan tərəflərin konstruktiv dialoqa, məsuliyyətli davranışa, milli maraqlara əsaslanan birgə fəaliyyətə üstünlük verməsi ölkələr arasında və cəmiyyət daxilində sağlam əməkdaşlıq və həmrəylik mühitinin qorunub saxlanmasına xidmət edir, qarşılıqlı etimadı daha da möhkəmləndirir Əminəm ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın xilası ilə əlamətdar olan Milli Qurtuluş Günü və tarixi Şuşa Bəyannaməsinin imzalanmasının ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının təşkil etdiyi bu konfrans iştirakçı ölkələr arasında davamlı əməkdaşlığın qorunub saxlanmasına mühüm töhfələr verən çevik mexanizm rolunu oynayacaqdır Konfransın işinə uğurlar, təmsil etdiyiniz dost ölkələrin hər birinə sülh və firavanlıq arzulayıram”


